Arxiv
18 May 2021, 18:52 | AKTUAL
Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi

Mayın 19-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə,"Rosselxoznadzor"un Moskva şəhəri və müvafiq vilayətləri üzrə Dövlət Fitosanitar Nəzarəti şöbəsinin müdir müavini Sergey Aleksandroviç, Dövlət Sərhədində Karantin Fitosanitar Nəzarəti İdarəsinin baş dövlət müfəttişi Olga Sergeevna, müvafiq bölgələr üzrə Bitki karantininə nəzarət şöbəsinin müdiri Yulia Viktorovna və Bitki karantini, toxum istehsalı və taxıl təhlükəsizliyi sahəsində nəzarət şöbəsinin müdiri İrina Alekseevnanın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub. AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

 

Görüşdə Rusiya Federasiyasına pomidor ixracı zamanı notifikasiya verilmiş müəssisələr və hazırda bu təsərrüfatlarda həyata keçirilən tədbirlər, birgə videomonitorinqlər keçirilmiş müəssisələrlə bağlı mövcud vəziyyət, bitki mühafizəsinin təmin olunması sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28 Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et 23 İyun 2021, 17:22 Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO 23 İyun 2021, 17:16 Mais Bərxudarov yeni hərbi hissənin açılışında - VİDEO 23 İyun 2021, 17:12 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi 23 İyun 2021, 17:08
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?