Modern.az

Tanınmış aparıcı “Xəzər” TV-nin yeni verilişində… - VİDEO

Tanınmış aparıcı “Xəzər” TV-nin yeni verilişində… - VİDEO

24 May 2021, 11:54

"Xəzər” TV-də zövqlü musiqi ilə maraqlı söhbətləri bir araya gətirəcək yeni veriliş yayımlanacaq.

 

Modern.az xəbər verir ki, "Söhbət musiqidən gedir" adlı veriliş Leyla Quliyevanın aparıcılığı ilə tamaşaçıların qarşısına çıxacaq.

 

Layihənin formatına, əsasən, hər buraxılışda fərqli müsiqiçilərin canlı ifaları və onların heç yerdə eşitmədiyiniz etirafları izləyicilərə təqdim olunacaq. Yalnız bu layihədə iştirakçılar ifa etdikləri nəğmələrin əsas səbəbkarlarını dilə gətirəcək, xatirələrini bölüşəcəklər. Bundan əlavə, insanın ruhunu qidalandıran musiqilərin fonunda verilişdə qonaq qismində iştirak edən ifaçıların maraqlı fikirləri, heç yerdə söylənilməyən gizli etirafları səsləndiriləcək.

 

Sözlə ifadə olunmayan hisslər isə əlbəttə ki, musiqi ilə öz əksini tapacaq. Bütün bunların hamısını tezliklə, hər həftənin bazar günü "Xəzər TV"də yayımlanacaq “Söhbət Musiqidən Gedir” verilişində izləyə biləcəksiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi