Modern.az

Naxçıvana avtobusla sərnişindaşıma bərpa edilir

Naxçıvana avtobusla sərnişindaşıma bərpa edilir

27 May 2021, 18:20

Naxçıvana müntəzəm avtobus xətləri bərpa ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşıb.

 

“Hər kəsin gözlədiyi xəbərlərdən biri də Naxçıvana müntəzəm xətlərin bərpası ilə bağlıdır.

 

Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən, avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Tezliklə Naxçıvana səfərlər bərpa olunacaq”, - DANX rəsmisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür