Arxiv
29 May 2021, 22:48 | AKTUAL
Moldova rəsmisi Azərbaycanı qələbə münasibətilə təbik etdi - FOTO

28 May Respublka Günü münasibəti ilə Azərbaycanın Moldovadakı Səfirliyində tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan, Türkiyənin Moldovadak səfiri Gürol Sökmensüer, Belarusun Moldovadakı səfiri Anatoliy Kalinin, Moldova parlamentinin deputatları, ölkənin elm və mədəniyyət xadimləri, Moldova Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı gənclər, yeri KİV nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan və Moldovanın dövlət himnləri səsləndirilib. 

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, qeyd edib ki, bu il Respublika Günü xüsusilə əlamətdardır, çünki bu tarixi ilk dəfə işğaldan azad olunmuş Şuşa ilə, Qarabağ ilə qeyd olunur, azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Diplomat 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, cəsarətli, qəhrəmanlıq səlnaməsi yazan ordumuzun möhtəşəm qələbəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azaed olunduğunu, ədalətin bərqərar olduğunu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işlərinin aparıldığı və bölgəyə nəhayət sülün gəlməsini üçünbütün imkanların olduğunu qeyd edib. 

 

Həmçinin səfir çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövrdə müstəqil dövlətçilik priniplərinin əsasının qoyulduğunu və 70 ildən sonra bu prinsiplər əsasında Azərbaycan xalqının çox mürəkkəb şəraitdə müstəqilliyini bərpa etdiyini söyləyib. O, 1993-cü ildə xalqın çağırışı ilə uu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığını, ümummilli liderin respublikanı dərin siyasi böhrandan çıxartdığını və ölkəmizin əsas inkişaf istiqamətlərinin təməlini qoyduğunu bildirib. Qüdsi Osmanov ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, əldə etdiyi möhtəşəm nailiyyətləri nəticəsində Azərbaycanın bölgədə lider dövlətinə çevrildiyini vurğulayıb. Bundan əlavə, səfir qonaqlara Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin çiçəklənməsi və inkişafına böyük töhfə verən genişmiqyaslı fəaliyyətindən danışıb. 

 

Moldova-Azərbaycan münasibətlərinə toxunana səfir, ölkələrimiz arasında uzunmüddətli qardaşlıq və əməkdaşlıq əlaqələrinin olduğunu, beynəlxalq platformalarda Moldovanın Azərbaycana göstərdiyi dəstək və həmrəyliyə görə Moldova rəhbərliyinə təşəkkürünü bildirib. 

 

Moldova Xarici İşlər və Avropaya inteqrasiya nazirliyinin dövlət katibi Dmitri Sokolan çıxışında Azərbaycan xalqını möhtəşəm qələbə münasibətilə təbrik edib, ölkəmizin sosial-iqtisadi inkişaf, beynəlxalq arenada qazandığı uğurları qeyd edərək, vətəndaşların həyatnı asanlaşdıran layihələr üzrə Azərbaycanın nümunəvi ölkə olduğunu bildirib. Dövlət katibi Moldova ilə Azərbaycan arasında 29 illik diplomatik münasibətlər dövründə hər iki tərəfin maraqlarını ifadə edən bir çox layihələrin həyata keçirldiyini,ölkələrimiz arasında əməkdaşlığın böyük potenialının olduğunu, bu istiqamətdə işlərin aparıldığını qeyd edib. 

 

Bundan sonra qonaqlar Səfiriyin binası qarşısında yeni quraşdırılan ulu öndər heydər Əliyevin büst-heykəlinin önünə gül dəstələri düzüblər. Qeyd olunub ki, abidənin rəsmi şəkildə təntənəli açılışı gələcəkdə planlaşdırılır. 

 

Daha sonra ümummilli lider Heydər Əliyevin dərin məna daşıyan və hər bir azərbaycanlı üçün vətənpərvərlik rəmzinə çevrilən: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,mən azərbaycanlıyam!" sözlərini üç dildə əks etdirən xatirə lövhəsinin açılışı baş tutub. Xatirə lövhəsi Səfirliyin girişində quraşdırılıb. 

 

Bundan əlavə, Səfirliyin ərazisində quraşdırılan Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsinə həsr edilən "Şəhidlər bulağı"nın açılışı olub. 

 

Tədbirin sonunda qonaqlar müasir Azərbaycan dövlətinin inkişafının təsviri olan maraqlı və zəngin foto-sərgi ilə tanış olublar. 

 

Tədbir yerli KİV-də geniş işıqlandırıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor rüşvətlə YAXALANDI 20 Oktyabr 2021, 14:44 Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20