Arxiv
3 İyun 2021, 22:17 | AKTUAL
Sahibə Qafarova Pakistanda Azərbaycanın dostları ilə görüşdü - FOTO

İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sahibə Qafarova görüşü açaraq Azərbaycan parlament nümayəndə heyətinin Pakistana səfərini, İƏT PA-nın İkinci Ümumi Konfransında iştirakını, orada müzakirə olunan məsələləri yüksək dəyərləndirib, rəsmi səfər çərçivəsində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Bildirilib ki, ilk dəfədir ki, Azərbaycan və Pakistan parlamentlərinin dostluq qrupları belə bir formatda görüşürlər. Bu görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Görüşdə Spiker bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycan-Pakistan münasibətləri strateji xarakter daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətinin bariz təcəssümüdür. Münasibətlərimizin hüquqi bazasını təşkil edən imzalanmış sənədlər sırasında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusi vurğulamaq olar.

 

Milli Məclisin Sədri qeyd edib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi müstəvidə də özünü göstərir.

 

Sahibə Qafarova deyib ki, mədəni və humanitar sahələrdə yüksələn xətlə inkişaf edən münasibətlərimiz xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə mühüm əhəmiyyətli sosial-humanitar layihələr həyata keçirilib. Məhz bu xeyirxah əməllərinə görə Mehriban xanım Əliyeva Pakistanın Ali Ordeni “Hilal-e Pakistan” ilə təltif olunub. 

 

Söhbətdə Sədr bildirib ki, 2020-ci il Azərbaycan-Pakistan qardaşlığının tarixində yeni parlaq bir səhifə açıb. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə Dağlıq Qarabağ münaqişəsi birdəfəlik tarixə qovuşub. Beləliklə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini reallaşdırıb. Məhz bu dönəmdə Pakistan Azərbaycanın apardığı Vətən müharibəsinin ilk günlərindən qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın haqlı mövqeyini müdafiə edib, ölkəmizə siyasi və mənəvi dəstək göstərib. Təqdirəlayiqdir ki, Pakistan bu günədək Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətə görə bu ölkəni dövlət kimi tanımayıb. Sahibə Qafarova Xocalı soyqırımını pisləyən sənədlərin qəbuluna görə, Pakistan parlamentinin hər iki palatasına – Milli Assambleyaya, Senata və dostluq qrupuna, həmçinin Pakistan hökumətinə, o cümlədən Pakistan xalqına minnətdarlığını bildirib. 

 

Vətən müharibəsi dönəmində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələr, mübaliğəsiz demək olar ki, bizim üçün əsl mənəvi dəstək olub. Pakistan Senatında ötən ilin oktyabrında Kabinet Katibliyi üzrə Daimi Komitəsi tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən və Azərbaycana dəstək ifadə edən qətnamənin yekdilliklə qəbul edilməsi və həmin ilin oktyabrında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində Ermənistanın təcavüzünü pisləyən qətnamənin Milli Assambleyanın plenar iclasında qəbulunu çox yüksək qiymətləndiririk və Pakistan parlamentindəki dostlarımızın bu səylərini alqışlayırıq.

 

Milli Məclisin Sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi isə Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və qayıdış dövrü başlayıb. Belə ki, düşmən işğal etdikləri ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv etmişdir. Onlar hətta müqəddəs ziyarətgahlarımızı, məscidlərimizi də təhqir etmişlər. 

 

Spiker bildirib ki, münaqişə başa çatsa da, bəzi problemlər hələ də qalmaqdadır. Ermənistan işğaldan azad olunan torpaqlarımızda minalanmış ərazilərin xəritəsini   verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Həmçinin Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorist qrupları göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş təxribatçıları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır. 

 

Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları ən geniş tərkibli qruplardan hesab edilir. Pakistanın Azərbaycanla parlamentlərarası dostluq qrupunda həm Milli Assambleyanın, həm də Senatın üzvləri təmsil olunurlar.

 

Görüşdə çıxış edən Pakistan Senatının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud Azərbaycan nümayəndə heyətini Pakistan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirilib ki, Pakistan Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir və bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişaf etməsi həyatın digər sahələrində də əlaqələrimizin dərinləşməsinə töhfə verər. 

 

Pakistanlı senator Vətən müharibəsində ölkəmizin əldə etdiyi zəfər münasibəti ilə Azərbaycan tərəfini təbrik edərək Pakistan parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib. Bildirilib ki, Azərbaycanın uğurları Pakistan xalqını da sevindirir.

 

Senator hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarında təmsil olunmuş deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərimizin beynəlxalq platformalarda sıx-sıx görüşlərinin önəmindən danışıb. Qeyd edib ki, bu cür tədbirlər tərəfləri düşündürən məsələlərin müzakirəsi və ortaq mövqe nümayiş etdirilməsi baxımından çox vacibdir. 

 

Görüşdə çıxış edən Milli Assambleyada Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi Mürtəza Cavid Abbasi, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva dostluq qruplarının bu formatda görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb, iki ölkənin parlament üzvlərinin gələcəkdə də görüşlər keçirməsinin vacibliyindən danışıblar. Deputatlar çıxışlarında parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri  barədə fikirlərini bölüşüblər.

 

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. 

 

Tədbirin sonunda Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək azərbaycanlı və pakistanlı deputatlar arasında ilk dəfə bu formatda keçirilən görüşə yekun vurub. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş direktor rüşvətlə YAXALANDI 20 Oktyabr 2021, 14:44 Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20