Modern.az

Şəmkirdə sürüşmə - torpaq altında qalanlar var

Şəmkirdə sürüşmə - torpaq altında qalanlar var

8 İyun 2021, 18:37

Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.

 

Məlumata görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib.

 

Nəticədə iki nəfər torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

 

Modern.az xəbər verir ki, bir neçə nəfər torpaq altında qalıb.

 

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı