Arxiv
9 İyun 2021, 16:44 | QARABAĞ
Şeyx Qareginin Xankəndi səfərinə ETİRAZ ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Uca Yaradan qarşısında din xadimi olaraq mənəvi məsuliyyətimdən çıxış edərək aşağıdakıları bəyan edirəm.

 

30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, İrəvan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

 

Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

 

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin, qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

 

Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır.

 

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu, dövlətlə birlik əzminə, haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hazırda bölgənin, o cümlədən, Ermənistanın da iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

 

Bir olan Yaradınımız, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini liderləri sülh, əmin-amanlıq, problemlərin ədalətli həlli naminə davamlı səy göstərməyə sövq edir. Hazırkı vəziyyətdə hərbi yola qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Sülh və anlaşma yolu asan deyil və güclü iradə, xoşməramlı səylərin birləşdirilməsini tələb edir. Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır.

 

Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?