Modern.az

UEFA Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı QƏRAR VERDİ

UEFA Azərbaycanın “qara siyahı”sında olan erməni jurnalistlə bağlı QƏRAR VERDİ

Dünya

10 İyun 2021, 10:02

Rusiyanın “Matç TV” kanalının əməkdaşı Nobel Arustamyan AVRO-2020-nin oyunlarını şərh etmək üçün nəhayət akkreditasiyadan keçib.

 

Modern.az xəbər verir ki, məlumatı ilk olaraq “Matç TV”nin baş prodüseri Tina Kandelaki yayıb.


“Nobel Arustamyanı AVRO-ya akkreditasiya etdilər”-deyə o, sosial şəbəkədəki səhifəsində yazıb. Rusuya XİN mətbuat katibi Mariya Zaxarova da məlumatı təsdiqləyib və UEFA-ya minnətdarlığını bildirib.

Amma Nobel Arustamyan AVRO-2020 üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. Belə ki, o, Bakıya gələ bilməyəcək.

Xatırladaq ki, Nobel Arustamyan bir neçə il öncə, işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınmışdı. AVRO-2020 turnirini işıqlandırmaq istəyən istənilən jurnalist isə oyunlara evsahibliyi edən bütün ölkələrə giriş icazəsinə malik olmalı idi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü