19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
11 İyun 2021, 15:52 | MƏDƏNİYYƏT
Azərbaycanlı azarkeşlər “Avro-2020”də hansı komandanı dəstəkləyir? - Fərqli CAVABLAR

Bu gün futbol üzrə Avropa Çempionatı-2020-yə start veriləcək.

Koronavirus pandemiyası səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 düz bir ay - iyunun 11-dən iyulun 11-dək davam edəcək.

Turnirin açılış oyununda bu gecə İtaliya Türkiyə ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.


Qeyd edək ki, çempionatda 24 komanda mübarizə aparacaq:

Türkiyə, İtaliya, Uels, İsveçrə, Danimarka, Finlandiya, Belçika, Rusiya, İngiltərə,  Xorvatiya, Avstriya, Şimali Makedoniya, Niderland, Ukrayna, Şotlandiya, Çexiya, Polşa, Slovakiya, İspaniya, İsveç, Macarıstan, Portuqaliya, Fransa, Almaniya.

Maraqlıdır, Azərbaycan futbolsevərləri Avropa Çempionatında hansı komandalara azarkeşlik edəcəklər?


Modern.az
-ın əməkdaşı bir qrup azarkeşi sorğu edib.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev:


“Açığını desəm futbol azarkeşi deyiləm. Lakin iki komandanın - İngiltərə və qardaş Türkiyə komandasının oyunu əsasən mənim üçün maraqlı olacaq. Ümid edirəm ki, hər iki komanda uğurlu oyun nümayiş etdirib, qələbə qazanacaq”.

 

“Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova:

“Mən heç vaxt futbol oyunlarının azarkeşi olmamışam. Bu çempionatın ölkəmiz üçün ictimai-siyasi-mədəni əhəmiyyətini yüksək qiymətləndirirəm. Təbii ki, qalib komandaların içərisində Türkiyə milli komandasını görmək istərdim. Əminəm ki, hər birimizə böyük sevinc yaşadacaqlar”.

 

Sabiq deputat Nazim Bəydəmirli:

“İstənilən beynəlxalq yarışlarda vətəndaş olaraq öz ölkəmizin komandasına azarkeşlik edirəm. Azərbaycandan sonra qardaş ölkəmiz Türkiyəyə, yaxın qonşulardan isə həmişə Gürcüstan və Ukrayna komandalarının azarkeşi olmuşam.
Uzaq qonşulardan da adətən İtaliyaya azarkeşlik etmişəm. Seçim gördüyünüz kimi çox çətindir. Əsas olan odur ki, ölkələr idman meydanlarında yarışsınlar, müharibə meydanlarında bir- birini “qırmasınlar”. Necə deyirlər,oyunçu aparsın, yəni hakimlər ədalətsizlik etməsinlər, futbol kollektiv oyun olduğundan, haqq edən ölkənin komandası aparsın”.

 

Hərbi ekspert Ədalət Verdiyev:

“Təbii ki, Azərbaycan orada olsaydı, öz komandamıza azarkeşlik edərdim. Lakin olmadığına görə bir çoxları kimi, mən də Türkiyə komandasına azarkeşlik edəcəm. Və onların da nailiyyət əldə edəcəklərinə inanıram. İnşallah,  Bakıda keçirilən oyunlar Türkiyə üçün uğurlu olar. Qardaş ölkəmizə uğurlar arzulayırıq. Onların qələbəsi bizim Vətən müharibəsindəki qələbə ilə birgə sinəmizi biraz daha qabardar, əhval-ruhiyyəmizi yüksəldər”.

 

Hüquqşünas Sidqi Şövkət:


“Futbol azarkeşi deyiləm. Lakin Türkiyə komandasına uğurlar diləyirəm”.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu:


“Bizim bu gün azarkeşlik edəcəyimiz bir komanda ola bilər, o da Türkiyədir. Türkiyədən başqa yenə Türkiyə!”.

 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

“Mən qardaş Türkiyənin ay-ulduzlu, al bayraqlı komandasına azarkeşlik edəcəm. Türkiyədən sonra isə futbol estetikası baxımından zəngin oyun nümayiş etdirməyi bacaran İtaliya millisinə azarkeşlik edəcəm”.

 

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə:

“Qatı futbol azarkeşi deyiləm. Lakin ən maraqlı qarşılaşmaları izləməyi düşünürəm. Çempion olmasını ən çox istədiyim komanda Türkiyə millisidir. Əvvəllər olduğu kimi, bu dəfə də Türkiyəyə azarkeşlik edəcəm. Amma Türkiyənin çempion olmaq şansını çox yüksək qiymətləndirmirəm. Reallıq başqadır. Xüsusi azarkeşlik etdiyim komanda yoxdur. Kim sürətli oyun oynasa, dirəniş göstərsə, ortaya layiqli mübarizə əzmi qoysa, onu dəstəkləyəcəm. Almanlar həmişə sürətli oyunları ilə seçiliblər. Türkiyədən sonra Almaniya yığmasına azarkeşlik edəcəm”.

 

Aktyor Əjdər Zeynalov:

“Men yalan danışmağı sevmirəm.. Heç birinə azarkeşlik etmirəm”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsinə görə ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28 Bakı ilə İrəvan arasında danışıqlar bu sənədlər əsasında APARILACAQ 19 Oktyabr 2021, 13:23 Sabahdan Bakıda bal yarmarkası başlayır 19 Oktyabr 2021, 13:18 Həkimin intihara cəhdilə bağlı RƏSMİ açıqlama 19 Oktyabr 2021, 13:12 Bütün təhdidlər puç olacaq 19 Oktyabr 2021, 13:09 Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR 19 Oktyabr 2021, 13:06 İİV xəstələrinin 70 faizi KİŞİLƏRDİR 19 Oktyabr 2021, 13:00 Gömrük Komitəsi: Problem İran tərəfindən qaynaqlanır 19 Oktyabr 2021, 12:55 “Subay qızlar Türkiyəyə getməsin” deyən rusiyalı deputata Ankaradan REAKSİYA 19 Oktyabr 2021, 12:50