Modern.az

Niderland Ukraynaya qalib gəldi - AVRO-2020

Niderland Ukraynaya qalib gəldi - AVRO-2020

Aktual

14 İyun 2021, 00:58

AVRO-2020-də üçüncü oyun günü başa çatıb.

 

Modern.az xəbər verir ki, günün son matçı Amsterdamda keçirilib.

 

C qrupunda ilk matçına çıxan Niderland yığması öz meydanında Ukrayna ilə görüşüb. Matçın ilk yarısı Frank de Burun yetirmələrinin üstünlüyü ilə keçib. Amma həm “narıncılar”, həm də Andrey Şevçenko yetirmələri rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalardan heç biri qol sevinci yaşamayıb.

 

Matçdakı bütün qollar ikinci hissədə vurulub. Topa daha çox nəzarət edən niderlandlılar fasilədən az sonra iki qol vurub. Öncə Jorjinyo Veynaldum, ardınca Vaut Veqhorst fərqlənib. Bundan sonra bir neçə qol imkanını qaçıran meydan sahibləri rəqibin hücumları qarşısında aciz qalıb. Ukraynalılar Andrey Yarmolenko və Roman Yaremçukun qolları ilə hesabda tarazlıq yaradıb. Buraxılan qollardan sonra ruhdan düşməyən “Zanbaqlar ölkəsi” təmsilçisi Denzel Dumfris qolu ilə qələbə qazanıb – 3:2.

 

Bu, çempionatın arxada qalan hissəsində ən məhsuldar oyun olub.

 

Qeyd edək ki, C qrupunda turun digər görüşündə Avstriya Şimali Makedoniyanı 3:1 hesabı ilə üstələyib.

 

AVRO-2020
I tur, 13 iyun
C qrupu
23:00. Niderland - Ukrayna - 3:2
Qollar:
 Jorjinyo Veynaldum, 52, Vaut Veqhorst, 59, Denzel Dumfris, 86 - Andrey Yarmolenko, 75, Roman Yaremçuk, 79
Baş hakim: Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena

 

 

1

Avstriya

1

1

0

0

3-1

3

2

Niderland

1

1

0

0

3-2

3

3

Ukrayna

1

0

0

1

2-3

0

4

Şimali Makedoniya

1

0

0

1

1-3

0

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir