Modern.az

Vaxtı keçmiş kreditlərin MƏBLƏĞİ

Vaxtı keçmiş kreditlərin MƏBLƏĞİ

Aktual

14 İyun 2021, 17:46

2021-ci il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 205,4 milyon manat artaraq 8352,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əmanətlərin 48,7 faizi xarici, 51,3 faizi isə milli valyutada qoyulub.

 

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2021-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14987,5 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 12365,4 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 921,5 milyon manat olub və ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!