Modern.az

Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır

Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır

Aktual

15 İyun 2021, 16:36

Azərbaycanda son sutkada 40705 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31850 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 8855 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2816346 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1842954 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 nəfərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi