Arxiv
21 İyun 2021, 10:48 | ƏDƏBİYYAT
Hay başı üzərində “Türk yumruğu”...

Qərbi Azərbaycanın Oxçuçay vadisi ilə Oğlanca-Palantökən dağlıq silsiləsinin güney tərəfində yerləşən Yuxarı və Aşağı Gilətağ kəndləri arasında 3 km məsafə var. Oğlanca dağının şərq hissəsində, 25-30 km məsafədə (əski Zəylik yurdunda) “Türk evi” mənasını daşıyan, çoxillik tələffüz dəyişikliyinə uğrayaraq “Tatev” kimi adlanan və 1920-ci ildən sonra Cənubi Azərbaycandan köçürülmüş haylar yaşayan bu kənd 50-60 evdən ibarət idi.

   
Oğlanca-Palantökən dağlarının “Gəzbeli yaylağı”ndan bu kənd də istifadə edirdi, eləcə də G(ü)ecalan şəhərinə bəzən torpaq yolla, dağ cığırları ilə at-qatırla getmək istəyən həmin kəndin sakinləri 16 km məsafə gələndən sonra Yuxarı Gilətağ kəndinə çatır, burdan ötüb  keçirdilər.

  
1952-ci ilin iyun ayında kəndin şimal-şərqində, 2 km aralıda olan “Ağduz dağ yeri” deyilən əkin sahəsində Həsən Abbas oğlu (1878-1973) ilə öküzlərə qoşulmuş xışla yer şumlayan (xodaklığ edən) Famil Mustafa oğlu Bəbirovun (1936) xatirəsi çox ibrətamizdir:

  
- Türk evi kəndindən gələn hay ulağa yüklədiyi gilas dolu heybələrlə kəndə çatmamış bizimlə rastlaşdı və soruşdu ki, ara, kirvə, bu yol hara gedir?

 
 - Sənə hara lazımdır?-deyə Həsən kişi cavab verdi.

  
- Mən David beke gedirəm.

   
Bu söz hayın ağzından çıxar-çıxmaz Həsən kişi dəli oldu, onu od götürdü. Hayın başına bir “kök” qapaz ilişdirdi, qatırın üstündəki heybələri atdı yerə, meyvələri tapdalayaraq xışım-xışım etdi və “erməni”ni də şil-küt hala saldı, onun başına döyə-döyə dedi:

   
- Denən Fətəli xan Qalasına gedirəm, Fətəli xan Qalasına, “erməni” dığası nə vaxt “Bəy” oldu...

  
Müsəlman-türk dünyasının qəhrəmanlıq səlnaməsinə aid bu yer G(ü)ecalan nahiyəsinin Yuxarı Gilətağ kəndindən cənub-qərbə doğru 6 km aralıda, Aşağı Gilətağ kəndi yaxınlığında, Xustup və Çimən dağları arasında yerləşir. Oxçu çayının vadisindəki Fətəli xan Qalası həm də əsrlər boyunca qanlı hadisələrin döyüş meydanı olmuşdur.

  
Fətəli xanın adı ilə bağlı olan Qala darvazası olmaqla XVIII əsr müdafiə-istehkam tikilisidir.

 
1904-1906-cı və 1918-1920-ci illərdə Oxçuçay-Qatar hövzəsində yerli, kökənli müsəlman-türk əhalisinə qarşı amansız qətliam-soyqırımı faciələri yaşatmış hay kilsəsinə və hay-daşnak quldurlarına qarşı müqavimət dəstələrinin tərkibində döyüşmüş Həsən Abbas oğlunun bir neçə “Türk yumruğu” dəyəndən sonra hay zarıya-zarıya dedi:

 
- Ara, ara, amandır, dayan, dayan, Fətəli xan Qalasına gedirəm, Fətəli xan Qalasına...

  
Qatır qarışıq canlı hayı yola salandan sonra Həsən kişi üzünü mənə tutub dedi:

 
- Yadında qalsın, bu “erməni” tayfasının başına yumruq dəyməsə, düz yolu tapa bilməyəcək...

  
Xatırlama.Yüz illər ərzində  müsəlman-türk əhalisinə qarşı soyqırımı faciələrini yaşadan hay kilsəsinin dığalarından biri olan David (1672-1725) G(ü)ecalan-Qafan nahiyələrində (xüsusilə, Mehri dağlarında, “Əli dərəsi” vadisində) quldurluğu ilə, Osmanlı Türk və Səvəfi qoşunlarına qarşı sui-qəsdlərdə, “erməni” xəyanətlərində ad çıxarmış bir “daşnak” olmuşdur.

  
Qədim Türk şəhəri Qafanda 1978-ci ildə ona heykəl qoyub hay sürüsü, Qubadlı rayonunun Xocamisaqlı, Çardağlı kəndləri yaxınlığındakı, Qafan-Gorus yolu üstündəki əski Türk kəndi Zeyvənin (Zəylik) adı 1945-ci ildən sonra “David bek” adlandırılıb...

  
Naxçıvan MR-nın Şərur rayonunda, eləcə də Goranboy, İsmayıllı, Kəlbəcər, Laçın və Daşkəsən rayonlarının inzibati-ərazi vahidlərində Zeyvə (Zəylik) kəndləri mövcuddur.


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni metro qatarları bu istiqamətdə xəttə buraxılacaq 27 İyul 2021, 13:45 Gömrükdə dollar əməliyyatı - FOTOLAR  27 İyul 2021, 13:40 Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu 27 İyul 2021, 13:35 Prezident Pakistan parlamentinin sədrini qəbul etdi 27 İyul 2021, 13:30 Narazı namizədlərə təkrat imtahan keçiriləcək 27 İyul 2021, 13:26 Amerikalı qubernator İlham Əliyevin qəbulunda - FOTOLAR 27 İyul 2021, 13:22 Sabahın hava PROQNOZU 27 İyul 2021, 13:16 Rövşən Rzayev israilli iş adamları ilə görüşüb 27 İyul 2021, 13:10 Üç ölkənin parlament sədrləri Şəhidlər xiyabanında 27 İyul 2021, 13:04 Azərbaycan-Ermənistan sərhədindəki GƏRGİNLİK: Moskva qərar verəcək 27 İyul 2021, 13:01 “Görülən işlər dövlətimizin iqtisadi qüdrətini göstərir” 27 İyul 2021, 12:56 Bakıdakı universitetlər Qarabağa köçürülsün?!  27 İyul 2021, 12:50 Elektron qolbaq daşıyan məhkum oğurluq etdi 27 İyul 2021, 12:44 Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır” 27 İyul 2021, 12:38 Spikerlər Heydər Əliyevin məzarını ziyarət etdilər 27 İyul 2021, 12:32 Paşinyan toyda kriminal avtoritetlə bir stolda əyləşdi 27 İyul 2021, 12:29 Tələbə köçürülməsi başa çatdı 27 İyul 2021, 12:24 Prezident Mustafa Şentopu qəbul etdi - FOTO 27 İyul 2021, 12:18 Əfqanıstan ordusunun helikopteri VURULDU 27 İyul 2021, 12:12 Balaca Orxanın qəhrəman atası: adını daşıyan oğlunu görə bilmədi... - FOTO   27 İyul 2021, 12:06 Şoyqu Ermənistanın müdafiə nazirini yanına ÇAĞIRDI 27 İyul 2021, 12:00 Tanınmış jurnalistin təyinatı təsdiqləndi 27 İyul 2021, 11:58 AZƏRTAC-ın sabiq baş direktoru vəfat etdi - FOTO 27 İyul 2021, 11:51 Alman kəşfiyyatının şok “patı” məlumatı - Xankəndidə hazırlanır 27 İyul 2021, 11:45 Lənkəranda “patı” əməliyyatı - 9 nəfər saxlanıldı 27 İyul 2021, 11:40 Lisey və gimnaziyalarda oxumaq istəyənlərin NƏZƏRİNƏ 27 İyul 2021, 11:34 Şəmkirdə qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır 27 İyul 2021, 11:28 Şuşaya Azərbaycan bayrağı sancılarkən biz də sevincdən ağladıq - Ayşe Keşir 27 İyul 2021, 11:22 Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO 27 İyul 2021, 11:16 Diaspor nümayəndələri Şuşaya yola düşdü 27 İyul 2021, 11:10 QMİ-dən vaksinlə bağlı TÖVSİYƏ 27 İyul 2021, 11:04 Yeni təyinatlar ordumuzu daha da gücləndirəcək - ŞƏRH 27 İyul 2021, 10:58 Olimpiadada uduzan idmançımız ağladı - FOTOLAR 27 İyul 2021, 10:53 Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO 27 İyul 2021, 10:48 2218 nəfər toya buraxılmadı, 4-ü həbs edildi 27 İyul 2021, 10:42