Modern.az

Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ

Ölkə

21 İyun 2021, 16:58

Azərbaycanda anomal istilər müşahidə olunacaq.


Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də  Bakı şəhərinin  bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə Aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.  


Tibbi-meteoroloji  proqnoza əsasən, həftə ərzində Bakıda  və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır