Modern.az

Üzeyir Cəfərov Ordudan tərxis olundu

Üzeyir Cəfərov Ordudan tərxis olundu

Media

24 İyun 2021, 11:12

Polkovnik Üzeyir Cəfərov Azərbaycan Silahları Qüvvələri sıralarından ehtiyata buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib.

 

"Ötən ilin noyabr ayından mən də xidməti zərurətlə əlaqədar qısa müddətə Silahlı Qüvvələrimiz sıralarına həqiqi hərbi xidmətə çağırılmışdım və bu müddət ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdım. Buna nə qədər nail oldumsa, daha yaxşısını xidmət etdiyim qurumun səlahiyyətliləri yaxşı bilir və onların mənə göstərdikləri diqqəti və qayğını heç vaxt unutmayacağam. Hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər. Başda xidmətin 1-ci şəxsi olmaqla ən sonuncu əsgər və çavuşuna kimi hər kəsə xüsusi minnətdarlıq və təşəkkürlər.

İyun ayının 25-dən başlayaraq mən artıq ehtiyatda olan polkovnik kimi yenə mətbuatda olan dostlarımla bərabər hərbi jurnalist kimi fəaliyyətimi davam etdirəcəyəm".

 

Ü.Cəfərovun sözlərinə görə, bundan sonra hərbi ekspert və hərbi jurnalist qismində fəaliyyət göstərməkdə davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü