19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
2 İyul 2021, 10:35 | MEDİA
Müsabiqənin qiymətləndirilməsində obyektivlik əsas götürülüb - Agentlik

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini təbrik edir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, media subyektlərinin, jurnalistlərin, bu sahədə fəaliyyət göstərən ekspertlərin müsabiqənin keçirilməsi ilə bağlı təklifləri nəzərə alınmış, müsabiqə yalnız çap mediası deyil, eyni zamanda onlayn media subyektlərini də əhatə etmiş, ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak hüququ tanınıb.

 

Agentlik müsabiqənin qiymətləndirməsində obyektivlik prinsiplərini və müasir standartları əsas götürüb.

 

Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi əsas götürülmüş, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilib.

 

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınıb.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaratmış, layihə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, peşə etikası qaydalarına riayət olunması kimi təməl prinsiplərə əməl edilməsini hədəfləyib.

 

Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət etmiş, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunub.

 

Son zamanlar media subyektlərinin öz  fəaliyyətini qanunvericiliyə uyğun təkmilləşdirməsi, operativlik, şəffaflıq və digər mühüm meyarlara uyğunlaşdırması istiqamətində ciddi səylər göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilir və gələcəkdə də mediamızda  bu meyllərin davamlılığının təşviqi  üçün zəriri addımlar atılacaq.

 

Müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

 

Medianın İnkişafı Agentliyi sağlam media mühitinin formalaşmasına verdikləri töhfə üçün dəyərli media subyektlərinə minnətdarlığını bildirir.

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda koronavirusa yoluxma AZALIB 19 Oktyabr 2021, 09:13 Azərbaycanda koronavirusa ən çox və an az yoluxma haralardadı... 19 Oktyabr 2021, 09:07 Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi 19 Oktyabr 2021, 08:58 İran rəsmisi: “Azərbaycandan yaxşı mesajlar aldıq” 19 Oktyabr 2021, 08:51 On ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrıldı 19 Oktyabr 2021, 08:43 Bu gün ÇL-də 8 matç var 19 Oktyabr 2021, 08:33 Dünyada COVID-19-dan ölənlərin sayı 240 milyonu ÖTDÜ 19 Oktyabr 2021, 08:20 Vətən müharibəsi xronikası - Cəbrayılın kəndləri işğaldan azad olundu 19 Oktyabr 2021, 07:52 Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim 19 Oktyabr 2021, 00:53 Sahibə Qafarova: "Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək" 19 Oktyabr 2021, 00:07 Pakistanın spikerindən Azərbaycana təbrik 18 Oktyabr 2021, 23:38 Ermənistana daha bir hərbçinin cəsədi təhvil verildi 18 Oktyabr 2021, 23:18 Qərbi Azərbaycan icmasında görüş 18 Oktyabr 2021, 23:16 NATO-dan Azərbaycana təşəkkür 18 Oktyabr 2021, 22:36 Ərdoğandan Müstəqilliyin Bərpası Günü ilə bağlı PAYLAŞIM 18 Oktyabr 2021, 22:10 Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell 18 Oktyabr 2021, 21:47 İran Rusiyadan qırıcılar almaq istəyir 18 Oktyabr 2021, 21:30 ASCO gəmiləri Baltik və Şimal dənizlərində 18 Oktyabr 2021, 21:15 Romanovların zinət əşyaları satışa çıxarılır 18 Oktyabr 2021, 20:56 Üç ölkənin parlament komitələri görüşdü 18 Oktyabr 2021, 20:40 Futzalda millimizin rəqibləri bəlli oldu 18 Oktyabr 2021, 20:34 Afrika ölkəsi Türkiyədən dron almaq istəyir 18 Oktyabr 2021, 20:15 Baş Prokurorluqdan Türkiyəyə SƏFƏR 18 Oktyabr 2021, 19:57 Aİ rəsmisi: “Azərbaycanın inkişaf yolunu dəstəkləyirik” 18 Oktyabr 2021, 19:44 Tbilisi teleqülləsi Azərbaycan bayrağı rəngində 18 Oktyabr 2021, 19:30 Tərtər sakini güllələnərək öldürülüb 18 Oktyabr 2021, 19:30 Sahibə Qafarova və NATO nümayəndələri arasında GÖRÜŞ 18 Oktyabr 2021, 19:20 Bakıda yanğın: 10 nəfər təxliyə edildi 18 Oktyabr 2021, 19:16 Ceyhun Bayramov BQXK rəsmisini qəbul etdi - FOTO 18 Oktyabr 2021, 19:05 Son sutkada neçə nəfərə peyvənd vurulub? 18 Oktyabr 2021, 18:41 Daha 1245 yoluxma: 13 nəfər öldü 18 Oktyabr 2021, 18:38 Gəncədə müstəqilliyin bərpasının 30 illiyi qeyd olunub 18 Oktyabr 2021, 18:28 Azərbaycanın ixracı idxalı 700 milyon dollar ÜSTƏLƏYİR 18 Oktyabr 2021, 18:12 Xüsusi Təyinatlı Qüvvələrin təlimləri BAŞLADI 18 Oktyabr 2021, 18:00 İcra başçısı məhkəmədə ifadə verdi 18 Oktyabr 2021, 17:56