Arxiv
4 İyul 2021, 12:23 | ÖLKƏ
Mina xəritələrinin əldə olunması layihələrin daha tez icrasına səbəb olacaq - Deputat

Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur.


Bunu Modern.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.


Onun sözlərinə görə, ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edir, daha çox azərbaycanlının bu minalar nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar.


"Ancaq onların bu arzusu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, diplomatik səylər nəticəsində iflasa uğradı. Azərbaycan zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq. Baş verən son hadisələr bu fikri bir daha təsdiq edir".


C.Məmmədov deyib ki,  xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə aparılmasına şərait yaradacaq.


"Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq.
Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib.
Ermənistan bir müddət bundan əvvəl 15 əsir qarşılığında Ağdamın xəritəsini Azərbaycana vermişdi. Füzuli və Zəngilanda 92 min mina xəritələrinin əldə olunması həmin uğurun davamı hesab olunmalıdır.
Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yol xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir. Xəritələrin əldə olunması bu layihələrin daha tez zamanda icra olunmasına öz ciddi töhfəsini verəcək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyəli futbolçu “Barselona”ya transfer edildi - RƏSMİ 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim edildi 23 Sentyabr 2021, 21:01 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil neçəyədir? - QİYMƏTLƏR 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14 ABŞ-da Qarabağ danışıqları: Vaşinqton nə istəyir, Ankara və Bakı nə qazanır? - TƏHLİL 23 Sentyabr 2021, 18:10 Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi” 23 Sentyabr 2021, 18:06 Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxıldı 23 Sentyabr 2021, 18:00 Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq 23 Sentyabr 2021, 17:56 Səfirimiz Pakistanın müdafiə istehsalı naziri ilə görüşüb - FOTO 23 Sentyabr 2021, 17:52 Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla ANILACAQ 23 Sentyabr 2021, 17:46 Manatın xarici valyutalara qarşı məzənnəsi 23 Sentyabr 2021, 17:40 Daha 13 müəssisədə pozuntular aşkarlandı 23 Sentyabr 2021, 17:34 Deputatlar Baş Prokurorluqda olub 23 Sentyabr 2021, 17:28 30 məktəbə yeni direktor TƏYİN EDİLDİ 23 Sentyabr 2021, 17:22 “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR 23 Sentyabr 2021, 17:16 Medianın İnkişafı Agentliyində görüş keçirilib 23 Sentyabr 2021, 17:10 Füzulidə erməni hərbçinin qalıqları tapıldı 23 Sentyabr 2021, 17:05 Reza Deqati fəxri diplomla təltif olundu 23 Sentyabr 2021, 17:00 Əkin sahəsinin sığortası üzrə ilk ödəniş edildi 23 Sentyabr 2021, 16:54 Binəqədidə kəsilən ağacların yerinə yeniləri əkildi - FOTOLAR 23 Sentyabr 2021, 16:48
SORĞU Hansı vaksinə etibar edirsiniz?