Arxiv
5 İyul 2021, 14:00 | PARLAMENT
Milli Məclisin İntizam komissiyası ilə bağlı DƏYİŞİKLİK

İyulun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” məsələ çıxarılıb.

 

Əli Hüseynli İntizam komissiyasının Əsasnaməsi haqqında ümumi məlumat verib. Qeyd edib ki, Milli Məclisin İntizam komissiyasının 9 maddədən ibarət əsasnaməsi İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir. Bildirilib ki, yeni əsasnamə mövcud qanunvericiliyə uyğun hazırlanıb. Xüsusən də İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

 

İclasda iştirak edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, yeni əsasnamədə təsbit edilən dəyişikliklər komissiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlib.

 

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Erkin Qədirli, Vüqar İskəndərov, İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı, komissiyanın üzvü Məlahət İbrahimqızı əsasnamə ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

 

Müzakirələrin sonunda Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Videokonfransda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Tahir Kərimli, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Nizami Səfərov, İntizam komissiyasının katibi Nurlan Həsənov, komissiyanın üzvləri Afət Həsənova, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT" Fonduna daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 Şabranda COVID xəstəsi ictimai yerdə saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?