Modern.az

Braziliyalı futbolçu klubunu dəyişdi - FOTO

Braziliyalı futbolçu klubunu dəyişdi - FOTO

İdman

13 İyul 2026, 20:02

"Çelsi" klubunun braziliyalı futbolçusu Andrey Santos London klubunu "Mançester Yunayted"ə dəyişib.

Modern.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

22 yaşlı oyunçu ilə imzalanan yeni müqavilənin müddəti 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, braziliyalı futbolçu "Çelsi"nin heyətində meydana çıxdığı 47 qarşılaşmada 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əvvəl yarımmüdafiəçi Fransanın "Strasburq", İngiltərənin "Nottingem Forest" və Braziliyanın "Vasko da Qama" komandalarının şərəfini qoruyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!