Arxiv
7 İyul 2021, 09:56 | ƏDƏBİYYAT
DAHİLƏR: Migel de Servantes - Don Kixot - Ədəbiyyat tarixinin ən yaxşı kitabı…

XVI əsrin, ümumiyyətlə bəşər tarixinin zirvələrindən daha biri… Bütün zamanların və bütün insanların böyük şairi, yazıçısı və dramaturqu… Migel Servantesin talantının miqyasını və univеrsallığını Karl Marks, Viktor Hüqo və bizim Cəfər Cabbarlı kimi nəhənglərlə müqayisə еtmək olar - onların talantı bulaq kimi qaynayırdı, çay kimi axırdı, sеl kimi coşurdu. Amma selin də böyüməsi, ümmana çevrilməsi üçün zaman və məkan lazımdır. Bizim Cəfər Cabbarlı kiçik ölkədə doğulmuşdu, amma 36 yaşında həyatla vidalaşanda artıq məşhurdu… Servantes isə böyük ölkənin vətəndaşı olsa da, 36 yaşında ancaq tanınmağa başladı…


Həyatı


İspaniyanın, ən məşhur yazıçılarından biri olan Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində həkim Rodriqo de Servantesin (de əlavəsi zadəganlıq göstəricisidir - red.) ailəsində anadan olmuşdur. Anası Donya Leonor de Kortina da zadəgan ailəsinin qızıdır. Ailədə 7 uşaq vardı, Migel dördüncü idi.


Yazıçının həyatının ilk illəri haqqında məlumat azdır. Bəzi bioqrafları onun Salamanki Universitetində oxuduğunu yazırlar, amma bu məlumatlar təsdiqini tapmır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. Bu illərdə Migel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1569-cu ildə Servantes İtaliyaya köçüb. Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur. Gələcək yazıçı uzun illər kral ordusunun əsgəri kimi fəaliyyət göstərib, yeri gəlmişkən, türklərə qarşı döyüşüb.


Migel 1575-ci ildə qardaşı Rodriqo ilə "Günəş" gəmisində Neapoldan Barselonaya qayıdarkən əlcəzairli dəniz quldurları tərəfindən əsir alınıb. Təsdiq olunmuş məlumatlara görə, qul kimi satılıb və hardasa 5 il Əlcəzairdə əsirlikdə qalıb. Əsirlikdən qaçmağa bir neçə dəfə cəhd edən Migel sol qolundan yaralanıb və şikəst qalıb. Atası böyük çətinliklə, pul verməklə hər iki oğlunu əsirlikdən xilas edib. Əsirlikdə sonra hər iki qardaş Portuqaliyada xidmət edib.


1584-cü ildə Migel Madridə qayıdıb və Katalina Palesios de Salasarla evlənib. Madriddə yaşayıb, yaradıb, 1616-cı il aprelin 23-də 68 yaşında burda vəfat edib. Ölümündən az sonra Servantesin qəbri uzun müddətə itib və yalnız beş yüz ildən sonra 2015-ci ildə onun qalıqları Trinitarias monastrından tapılıb və yenidın dəfn edilib.


Yaradıcılığı


Migel Servantes 36 yaşında, “Qalateya” adlı romanla böyük ədəbiyyata gəlib. Sonrakı illərdə özünü şair, dramaturq kimi sınayıb, bütün sınaqları uğurlu alınıb. 1605-ci ildə “Don Kixot”un birinci hissəsini yazmağa başlayıb. Eyni zamanda müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”ni yazıb. 1615-ci ildə “Don Kixot”un ikinci hissəsini başa çatdırıb. Əvvəlcədən cəngavər romanlarına satira kimi nəzərdə tutulan əsər müəllifdən asılı olmayaraq, insan və zaman haqqında dərin psixoloji analizə çevrilb, bütün dünyanı silkələyib.


“Don Kixot” Lamançlı Don Kixotun sərgüzəştlərindən ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yer tutub. Bu roman klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynayıb. Romanın bu qədər böyük uğur qazanmasının əsas səbəbləri yüksək bədii səviyyəsi (demək olar ki, başdan-ayağa aforizmlərlə yazılmışdır) və böyük tarixi-psixoloji əhəmiyyətidir.


Məşhur rus yazıçısı Dostoyevski deyib ki, Allah bir gün insanları imtahan etsəydi, sizə ağıl-kamal bəxş etmişəm, bu qədər məkan, bu qədər zaman vermişəm, siz nə etmisiz, nəyə qadirsiz desəydi, insanlar Servantesin “Don Kixotu”nu stolun üstünə qoyardı və Allah da razı qalardı.


Yuxarıda deyildiyi kimi, Servantes həm də böyük şair və dramaturqudur. Onun lirik şerləri və sonetləri “Don Kixot”dan az məşhur deyil. Servantesin dramları hələ Lope de Veqadan əvvəl İspaniyada böyük şöhrət qazanıb, yüz illər yaşayıb və indi də teatrlarda oynanılır.


Və son olaraq. 2011-ci ildə beynəlxalq təşkilatların bütün dünya üzrə keçirdiyi müsabiqədə, “Don Kixot” bütün insanların və bütün zamanların ən yaxşı yazılı sənət əsəri tituluna layiq görülmüş, “Ədəbiyyat tarixinin ən yaxşı kitabı“ seçilmişdir. Fikri soruşulan yüksək səviyyəli respondentlərin 57 faizi “Don Kixot”a səs vermişlər.


Qalib ARİF

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?