Arxiv
11 İyul 2021, 08:34 | MƏDƏNİYYƏT
Bu axşam “AVRO-2020”nin çempionu kim olacaq? - Azərbaycanlı azarkeşlər qalibi ELAN ETDİLƏR

Bu gün axşam son bir ay ərzində maraq və həyacnla izlədiyimiz futbol üzrə AVRO-2020 başa çatacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək final oyununda İngiltərə - İtaliya qarşılaşması Bakı vaxtı ilə 23:00 başlayacaq.

 

Modern.az-ın əməkdaşı bir qrup azərbaycanlı azarkeşdən finalda kimi dəstəklədiyini soruşub.

 

Yazıçı Əyyub Qiyas İtaliyanı qalib olaraq gördüyünü bildirib:

“Mən futbol fanatı deyiləm, lakin həmişə böyük çempionatlara baxıram. Daha çox Türkiyəyə azarkeşlik edirdim. Onu deyə bilərəm ki, ömrümdə bu qədər biabırçı çempionat görməmişdim. Mənim fikrimcə, İtalya qalib olacaq”.

 

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu İngiltərəyə daha çox üstünlük verir. Və ingilislərin qazanacağını düşünür.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əsl qalibin kimliyinin finalda bəlli olacağını bildirib:

“Əvvəla deyim ki, budəfəki Avropa Çempionatı əvvəlkilərlə müqayisədə daha gərgin mübarizə şəraitində keçir. Yarımfinalda İspaniya komandasını penaltilərlə məğlub edən İtaliya millisi daha maraqlı, çılğın oyun nümayiş etdirsə də, finalda onun rəqibi olan İngiltərə millisinin uduzacağını təxmin etmək çətindir. Çempionatın ilk beş oyununda qapısını toxunulmaz saxlaya bilməsi, yalnız Danimarka yığması ilə oyunda bir qol buraxması, daha peşəkar və təkmil pressinqlərlə oyun sərgiləməsi İngiltərə millisinin finalda üstünlük qazanacağı ehtimalına əsas verir. Lakin bu, yalnız ehtimaldır, əsl qalibin kimliyi isə final oyununun sonunda bəlli olacaq”.


İdman-Azərbaycan telekanalının  direktoru Rövşən Binnətli İtaliya milli komandasını bir addım öndə gördüyünü söyləyib:

“Finalda favorit olmur! Bu fikirdə olanlar çoxdur, mən də elə düşünürəm, yəni imkanlar 50/50-yədir. Hələ çempionat başlanmazdan əvvəl bildirmişdim ki, həlledici görüşlərin Londonda təşkil edilməsi İngiltərə futbolçularının bir addım öndə olması qənaətini yaradır. “AVRO-2020-ni kim qazanacaq” sualını cavablandırarkən məsələyə Danimarka seçməsi ilə oyunda baş verənlər prizmasından yanaşsaq, yenə ingilislər bir addım öndədirlər. Amma obyektivliyin qorunacağı təqdirdə, İspaniya və qismən də Avstriya ilə qarşılaşmalar istisna olmaqla, digər matçlarda ən yüksək səviyyə nümayiş etdirən Roberto Mançininin formalaşdırdığı sürətli, dinamik, gözəl tərzi ilə zövq oxşayan İtaliya milli komandasını bir addım öndə görürəm”.

 

Siyasi şərhçi Asif Nərimanlı güc baxımından İtaliyanın daha güclü olduğunu bildirib:


“Güc baxımından İtaliya daha güclüdür. Turnirin başlanğıcından italyanların sərgilədiyi oyun da bunu göstərir. Digər tərəfdən, italyan futbolu müdafiə xəttinə və sırf nəticəyə hesablanan özünəməxsus üsluba malikdir və adətən bu üslubda oynayan komandalara qalib gəlmək çətin olur. 

İtaliyanın qarşısında isə futbolun vətəni olan İngiltərə var. İngilislərin də özünəmıxsus sürətli futbolu var. Müdafiə xəttinə üstünlük verən futbolla sürətli futbol qarşılaşır. Təbii ki, hər iki komanda finala çıxıblarsa, nəticənin necə olacağını demək çətindir. Mən İngiltərəyə azarkeşlik edirəm, ingilislərin uzun müddət belə turnirlərdə nəticə əldə edə bilməməsi də bu komandanın əzmini daha da çoxaldır, amma İtaliyanın şansı daha çox görünür”.

 

"Azərsun Holdinq"in piar-meneceri Elman Bakuvi İngiltərənin qalib olmasını arzulayır:

“1998-ci ildən “Manchester United” azarkeşi olduğum üçün İngiltərənin finalda qalib olmasını arzulayıram. Oyun baxımından İtaliya favorit hesab olunur, ancaq qalib olaraq İngiltərəni görürəm”.

 

Təhsil eksperti Elçin Əfəndi İtaliyanın bu günə qədər yüksək performans göstərdiyini söyləyib:


“Futbol sahəsinə marağım həddən artıq çoxdur. Əvvələr özüm də futbol oynamışam. Bu barədə fikir bildirmək mənim üçün çox rahatdır... İtaliyanın bura qədər keçdiyi bütün oyunlarda daha yaxşı performans göstərməsi İngiltərəyə nisbətən qələbə qazanmalarına rəvanc verə bilər. Bundan əlavə, onu da qeyd edim ki, yarımfinalda İtaliya İspaniyaya nisbətən bir qədər zəif təsir bağışladı. Çünki əvvəlki oyunlarda daha güclü idi. Buna baxmayaraq düşünürəm ki, İtalya qalib gələcək.

İngiltərə çempionatı dünyanın ən sürətli çempionatıdır. Onlar daha sürətli və əzmkardırlar. Oyun gərgin şəraitdə keçəcək. Yekunda düşünürəm qızıl medalın  sahibi İtalya olacaq”.

 

Gənc şair Ulucay Akif İngiltərəni çempionatın qalibi olaraq görür:


“Ümumiyyətlə, budəfəki Avropa Çempionatı çox maraqlı keçir. Xüsusən də əksər favorit komandaların məğlub olaraq, sıradan çıxması çempionata rəng qatdı. Bir çox millilər isə öz potensialından daha artıq oynaya bildi. Onlara Danimarka və Macarıstanı misal göstərmək olar. Mənim favorit kimi gördüyüm daha çox İtaliyadır. Çünki daha sistemli oynayır. Amma ürəyim İngiltərəyə tərəfdir. Çünki futbolu yaradan onlardır. 1966-cı ildən bu yana çempionluq görmürlər. İstəyərdim ki, ingilsilər çempion olsunlar. Maraqlı bir oyun olacağını düşünürəm. Mənim üçün açıq favorit yoxdur. Hər iki millinin heyətində çox güclü və təcrübəli oyunçuları var”.

 

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov dost olaraq gördüyümüz İngiltərənin qalib olmasını arzulayır.
 

“Avroviziya-2011”in qalibi Eldar Qasımovun fikrincə İtaliya qalibiyyət ənənəsini davam etdirəcək.


“Futbol həvəskarı deyiləm. O baxımdan da hansı tərəfdən yaxınlaşacağımı bilmirəm. Sadəcə, UEFA-nın oyunlarını bəzən evdə atamla izləyirəm. Onun futbola daha çox marağı var. Ailə üzvlərim böyük coşqu ilə izləyirlər. Sadəcə mən “Avroviziya”ya istinadən deyə bilərəm ki, İtaliya bəlkə də qalibiyyət ənənəsini davam etdirə biləcək. Və qalib gələcək. Hər iki komandanın azərbaycanlı pərəstişkarlarına emosional və həyəcan dolu möhtəşəm bir axşam arzulayıram”.

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?