Modern.az

Milli Məclis hansı qanunların qəbulunu təxirə saldı? - Komitə sədrləri və müavinlər DANIŞDILAR

Milli Məclis hansı qanunların qəbulunu təxirə saldı? - Komitə sədrləri və müavinlər DANIŞDILAR

14 İyul 2021, 12:58

Milli Məclisin bir ay davam edən növbədənkənar sessiyası da başa çatdı və deputatlar yay tətilinə çıxdılar.

 

Daxili Nizamnaməyə əsasən, deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə sayılacaqlar.

 

Maraqlıdır ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə hansısa vacib qanun layihəsinin qəbul edilməsi ertələnibmi?

 

Ertələnən qanun layihəsinə payız sessiyasında baxılacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Milli Məclisinin komitə sədrləri və müavinləri ilə sorğu edib.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva ailə məsələlərin təkmilləşdirilməsi ilə bağlı qanun layihəsini payız sessiyasında bir daha nəzərdən keçirəcəklərini söyləyib:

 

“Biz artıq hesabatımızı da vermişik. Yaz və növbədənkənar sessiya dövründə daxil olan bütün qanun layihələri üç oxunuşda komitəmiz tərəfindən müzakirə edilib. Və komitədə qəbul edildikdən sonra plenar iclasa tövsiyə edilib. Bildiyiniz kimi, iyulun 9-dan etibarən Milli Məclis tətilə çıxdı, növbədənkənar  sessiya da bitdi. Düşünürəm ki, komitəmiz pandemiya şəraitində belə öz işini kifayət qədər səmərəli, aktiv şəkildə qurdu. Davamlı olaraq videokonfranslar şəklində qaldırılan bütün məsələləri müzakirə etdik.


Hələlik konkret olaraq hər hansı qanun layihəsindən söz edə bilmərəm. Amma yaz sessiyası müddətində biz yanaşı olaraq üzərində dayandığımız bəzi məsələlər var idi ki, düşünürəm ki, onlar payız sessiyası dövründə müzakirə olunacaq. Ayrı-ayrı deputatların irəli sürdüyü təkliflərə əsasən, Ailə Məcəlləsinin təkmilləşdirilməsi, nikahların bağlanması, pozulması və başqa digər problemlərə dair məsələlərə, qanunda olan bəzi boşluqlara yenidən baxılacaq. Bütün bunları daha sonrakı müddətdə bir daha nəzərdən keçirəcəyik.


Bununla yanaşı, tərəflərin hər ikisinin razı qalması, eyni zamanda ən əhəmiyyətli məsələ olan uşaqların mənəvi, psixoloji cəhətdən istismara məruz qalmaması və rahat bir şəraitdə tərbiyə almaları üçün qanunvericilikdə hər hansı boşluqlar varsa, onu doldurulması təkliflərini artıq biz vermişik. Payız sessiyasında bu kimi məsələlər bir daha müzakirə ediləcək”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xeyriyyətçilk fəaliyyəti haqqında qanun layihəsini payız sessiyasında təqdim edəcəklərini bildirib.  

 

Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa kino sahəsi ilə bağlı qanun layihəsinin qəbul ediləcəyini bildirib:


“Ümumiyyətlə, kino sahəsi ilə bağlı sənəd üzərində iş gedir. Eyni zamanda, yeni qanun layihələrinin işlənməsi nəzərdə tutulub. Yeni mədəniyyət konsepsiyası hazır olan kimi, onun üzərində kino ilə bağlı istiqamətlər də əsas götürülərək, ayrıca qanunun qəbul olunması düşünülür. Amma yaxın gələcəkdə olub-olmayacağını bilmirəm. Hər halda bu ciddi bir məsələdir və müzakirələr gedir.

Payız sessiyasında Mədəniyyət komitəsi olaraq, ayrı-ayrı qanunlarla bağlı dəyişiklikləri daha çox gündəliyə gətirəcəyik.”.

 

Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi quluqçuların statusu” haqqında qanun layihəsini gündəmə gətirəcəklərini deyib:


“Bir çox qanunlarımız var. İstərik ki, onları payızda qəbul edək. Bunlardan biri də “Hərbi qulluqçuların statusu” haqqında qanun layihəsidir. Biz həmin qanun layihəsi haqqında müvafiq dövlət qurumlarına rəy göndərmişik. Onlar hamısı yığılandan sonra müzakirəyə çıxaracağıq”.

 

Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə edilə biləcəyini söyləyib:


“Qanun işçi qrupu tərəfindən hazır olandan sonra ali təhsil sahəsinin mütəxəssisləri, qeyri-hökümət təşkilatları tərəfindən müzakirə ediləcək. Ondan sonra komitə iclasında müzakirəyə çıxarılacaq. Və əgər tövsiyə edilərsə, Milli Məclisin payız sessiyasının plenar iclasında müzakirə oluna bilər”.

 

İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev ertələnən qanun layihələrinin olmadığını qeyd edib:

 

“Bizim komitədə çox nadir hallarda qanun layihələri olur. Hələ ki ertələnən qanun layihəmiz yoxdur”.


Nəzrin Vahid

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır