Arxiv
22 İyul 2021, 17:49 | PARLAMENT
Spiker Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
Spiker Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü

İyulun 22-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, spiker qonaqları səmimi salamlayaraq bu cür görüşlərin əlaqələrimizin inkişafına öz töhfəsini verdiyini bildirib.

 

O, qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin qədim tarixi kökləri var. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin müasir dövrdə təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub. Bu gün Prezident İlham Əliyev əməkdaşlığımızın daha da dərinləşməsinə böyük önəm verir. Heç də təsadüfi deyildir ki, bu sahədəki xidmətlərinə görə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva 2011-ci ildə Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif edilib.

 

Görüşdə spiker Sahibə Qafarova əsas diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. O bildirib ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Dağlıq Qarabağ problemi tarixə qovuşdu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü həyata keçirib. İndi işğal nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün zəmin yaranıb.

 

Təəssüflər olsun ki, Ermənistan yenə də öz təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə təxribatlar törədir, minalanmış ərazilərin tam xəritəsini təqdim etmir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Sahibə Qafarova bildirib ki, bütün bunlar Qarabağda başlamış sülh prosesinə, quruculuq, abadlıq işlərinə maneçilik törədir. Milli Məclisin Sədri Dostluq Qrupunun üzvlərinin Gəncə şəhərinə, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edəcəklərini xatırladaraq, vurğulayıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

 

Sahibə Qafarova ümid etdiyini bildirib ki, Dostluq Qrupunun üzvləri öz ölkələrinə qayıtdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə həm Milli Assambleyanın üzvlərinə, həm də Fransa ictimaiyyətinə obyektiv məlumatlar verəcəklər. Spiker təəssüf hissi ilə bildirib ki, bəzi Qərb ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi qüvvələr Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirlər. Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Biz bu məsələdə beynəlxalq birliyin daha ədalətli davranacağına, Ermənistanın törətdiyi təxribatlara və vəhşiliklərə obyektiv münasibət bildirəcəyinə ümid edirik.

 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Jerom Lamber ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, bu cür görüşlər bölgə həqiqətləri ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

 

Görüşdə Fransa Milli Assambleyasının üzvləri – Frederik Dumas, Karol Buro Bonnar, Jan Lük Reitzel, Sandrin Morş, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev çıxış edərək tərəfləri maraqlandıran məsələlər ətrafında fikirlərini bölüşüblər. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
Putin sabah MDB liderlərilə görüşəcək 14:39, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:33, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:24, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər sentyabr döyüşlərində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası 12:38, Bu gün “Edilli kəndindəki mənzərə dəhşətlidir” - Fransa parlamentindən REAKSİYA 12:38, Bu gün Rusiyadan Azərbaycana 309 min nəfər gəlib 12:30, Bu gün Azərbaycan Ordusu qış rejiminə keçir - VİDEO 12:26, Bu gün Kütləvi məzarlıqda tapılan qalıqlardan bəzilərinin kimliyi müəyyənləşib 12:22, Bu gün Qarabağa qanunsuz səfər etmiş 19 nəfər axtarışa verilib 12:18, Bu gün Ərdoğan Paşinyan və Makronla görüşə yollandı 12:14, Bu gün Millimiz FİFA reytinqində 5 pillə irəlilədi 12:10, Bu gün Mətbuat Şurasının sədr müavini: “Yeniliklər etməyə çalışacağıq” 12:06, Bu gün Erməni meyitləri ilə bağlı görüntülər saxtadır - RƏSMİ 12:02, Bu gün