Modern.az

Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020

Aktual

27 İyul 2021, 00:10

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulacaq.

 

Modern.az xəbər verir ki, atletlərimiz idmanın 2 növündə güclərini sınayacaqlar.

 

Cüdo yarışlarının dördüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

 

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edəcək. Qrup mərhələsinin birinci turunda badmintonçumuz Vyetnam idmançısı Tien Min Nguyen ilə qarşılaşacaq.

 

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!