Modern.az

YAP və AKP nümayəndələri Gəncədə konfrans keçirir

YAP və AKP nümayəndələri Gəncədə konfrans keçirir

28 İyul 2021, 09:10

Gəncədə Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başlayıb.

 

Modern.az-ın məlumatına görə, konfrans Heydər Əliyev Mərkəzində keçirilir.

 

Tədbirdə AK Partiya sədrinin I müavini Numan Kurtulmuş və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edir.

 

Əvvəlcə qonaqlar mərkəzdə ümummilli lider Heyder Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

 

Konfransdan sonra AK Parti sədrinin I müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair mətbuat konfransı keçirilərək.

 

Qeyd edək ki Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini cənab Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ötən gündən Gəncə şəhərinə rəsmi səfərdədir. Qonaqlar Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə (Qələbə parkı) tanış olublar. Sonra isə İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir