Modern.az

Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər

Türkiyədə yanğınsöndürənlərimizə təşəkkür etdilər

1 Avqust 2021, 10:51

“Bu gün Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü günündəyik və yanğını nəzarət altına aldıq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Muğla bölgəsinin meşə iradəsinin müdiri Yasin Yaprak deyib.

 

Yasin Yaprak bildirib ki, ilkin məlumatlara əsasən, 1500 hektarlıq meşə ərazisində yanğın olub:

 

“Ancaq detallı məlumatlar yanğından sonra olacaq. Çox şükür ki, itkilərimiz çox deyil.

 

3 kənd boşaldılıb. Bu kəndlərin hərəsində də 4-5 ev zərər görüb. Yanğının baş verdiyi ilk gün bir vətəndaşımız yanğınsöndürənlərə dəstək olarkən həyatını itirib. Allah rəhmət eləsin. İndi isə yanğın qismən nəzarət altındadır. Günün sonuna kimi tam nəzarət altına alacağımızı düşünürük”.

 

Yasin Yaprak Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusilə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir