Modern.az

“Deputat davranışına görə məsuliyyət daşıyır” - Birinci vitse-spiker

“Deputat davranışına görə məsuliyyət daşıyır” - Birinci vitse-spiker

Parlament

3 Avqust 2021, 12:24

“Deputat vəzifəli şəxsdir. O, parlament daxili deyil, parlamentdən kənarda da davranışına görə məsuliyyət daşıyır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

 

Ə.Hüseynli qeyd edib ki, bu bir deputatın məsuliyyətidir. Bu hal ümumilikdə parlamentin fəaliyyətinə kölgə sala bilməz.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır