Modern.az

Yaxın günlərdə Qarabağa turist səfərləri təşkil olunacaq - VİDEO

Yaxın günlərdə Qarabağa turist səfərləri təşkil olunacaq - VİDEO

Qarabağ

6 Avqust 2021, 13:44

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə turist səfərləri təşkil olunacaq.

 

Bunu MediaTürk TV-ə açıqlamasında  Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

 

O, minalardan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş dəhlizlər vasitəsilə səfərlərin baş tutacağını bildirib:

 

“Marşurutlar hazırlanıb. Səfərlərin ümumi  konsepsiyası “Yolumuz Qarabağadır” adlanır. Yaxın günlərdə vətəndaşlarımıza ətraflı məlumat veriləcək. Detalları qeyd etmək istəmirəm, çünki sürpriz xəbərdir.  İndi həmin ərazilərə getmək təhlükəsizlik baxımında çətindir, ancaq xüsusi dəhlizlər yaradılacaq. Təmizlənmiş, təhlükəsizlik təmin olunmuş dəhlizlər vasitəsi ilə səfərlər baş tutacaq. Səfərlər öncə daxili turizm üçün nəzərdə tutulub. Daha sonra ardı olacaq. Proses artıq təqdim olma mərhələsinə gəlib çatır.  Yaxın günlər və həftələr ərzində daxili turizm baş tutacaq”.

 

Humay İsgəndərova       

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır