Arxiv
26 Oktyabr 2012, 11:46 | FOTOSÖHBƏT
Sabiq rabitə naziri Nadir Əhmədovla FOTOSÖHBƏT

Modern.az saytı keçmiş (1997-2004 –cü il) rabitə naziri Nadir Əhmədov  ilə fotosöhbəti təqdim edir. 

Nadir Alı Əhmədov 1940-cı ildə Şəki rayonunun Göynük mahalının Aşağı Layisqi kəndində anadan olub. 1960-cı ildə Bakı Rabitə Texnikumunu, 1965-ci ildə isə Odessa Rabitə Elektrotexnika İnstitutunun Elektrik rabitəsi fakültəsini bitirib.
1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, daha sonra 12 il rəis işləyib.
1985-ci ildən 1997-ci ilədək (12 il) rabitə nazirinin müavini və 1997-ci ildən 2004-cü ilədək (7 il) rabitə naziri vəzifəsində işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.

Dövlət və ictimai işlərdə xidmətlərinə görə «Şərəf nişanı» ordeni ilə təltif olunub, SSRİ Rabitə Nazirliyinin «Rabitə ustası» adına, Respublikanın «Əməkdar rabitəçisi» fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülüb. ABŞ-ın Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov «2001-ci ilin adamı» seçilib, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən «Dünyanın qabaqcıl ziyalıları» tituluna layiq görülüb.

N. Əhmədov KİV və Sosial Araşdırma Mərkəzləri tərəfindən 2000-ci ildə «İlin ən işgüzar dövlət məmuru», 2001-ci ildə «İlin ciddi siması», 2002-ci ildə «İlin naziri», 2003-cü ildə «İlin dövlət məmuru» və «Veteranların dostu» adına layiq görülüb.

1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Qarabağ müharibəsinin veteranıdır.
Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. Evlidir, 3 övladı və 3 nəvəsi var.

Odessada tələbəlik illəri...

Odessada tələbə yoldaşları ilə (ortada).

Hərbi xidmətdə...

Bakı Şəhər Telefon Şəbəkəsinin baş mühəndisi vəzifəsində. İş otağında...

Müharibə veteranlarına hər zaman qayğı gərəkdir. Onlar üçün BŞTŞ-də xüsusi tərtib edilmiş qəbul otağında...

Azərbaycan SSR rabitə naziri H.Rəsulbəyov 1978-ci ilin III rübündə Ümumittifaq sosializm yarışında qalib çıxdığına görə SSR Rabitə Nazirliyi və Rabitə İşçiləri Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin Keçici Qırmızı Bayrağını BŞTŞ-nin rəisi Nadir Əhmədova təqdim edir (oktyabr, 1978).  

Rabitə nazirinin müavini B.Axundov Bakı şəhəri Telefon Şəbəkəsinə keçici  bayraq təqdim edir.

Ailəmiz...Həyat yoldaşım Mahirə xanım, oğlum Vahid, qızlarım Sevda və Vəfa ilə...

1982-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında Bakıda ilk ATS-in istifadəyə verilməsinin 50 illiyi mərasimi...

Politexnik İnstitutunun filialında rabitəçilərə yeni texnikanın öyrədilməsi dərsləri (həftədə bir ddəfə şənbə günləri keçirilirdi).

Rabitəçilərə fəxri diplomun verilməsindən sonra. Soldan: birinci sırada M.Lıtnev (eynəkli), Nadir Əhmədov, D.Məmmədova, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Qurban Xəlilov, İsrail Vəliyev və digərləri... 

Nadir Əhmədov Şəkidə təhsil aldığı 10 №-li orta məktəbin müəllimləri və sinif yoldaşları ilə...

Rabitə naziri təyin olunduqdan sonra iş otağında...

Şuşanı sonuncu tərk etmiş köçkün rabitəçilərlə görüş (Bakı şəhəri).

 

Dağıstanın rabitə nazirini qəbul edərkən...

 

Ortada Rusiya Federasiyasının rabitə naziridir. Moskvada mərasimdəyik...

 

Xalq artisti Hacıbaba Bağırov və Rüfət Əhmədzadə ilə...

 

Xalq artisti Barat xanım Şəkinskaya ilə söhbət edərkən...

 

Onun geniş təqdimata ehtiyacı yoxdur. Bəstəkar, Xalq artisti Tofiq Quliyevlə yanaşı... 

 

Həmyerlilər.. Nadir Əhmədov Xalq şairi Bəxtiyar Vahabzadə ilə Rabitə Nazirliyində keçirilmiş görüşdən sonra..

 

Xalq şairi Bəxtiyar Vahabzadə dostları arasında. Şairdən solda Nadir Əhmədov, sağda Baş nazirin müavini Abid Şərifov...

 

Rabitə Nazirliyinin otüstü hokkey komandasının "Rabitəçi"nin üzvləri ilə birgə...

 

İmişli rayonunda yeni, müasir tipli TV stansiyanın açılışında...

 

Prezident Heydər Əliyevin iştirakı ilə Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün istifadəyə verilmiş qəsəbədə yeni poçt şöbəsinə baxış...

 

Dostların ailəvi görüşü...

 

Orta məktəbi bitirməyimizin 50 illiyində...

Soldan İbrahim Mustafayev, yazıçı-dramaturq Rüstəm İbrahimbəyov və mən...

 

Nəvələrim Vüsalə və İlkin..

 

Dövlətdə dəvə, övladda nəvə...

 

Həyat yoldaşım Mahirə xanımla...

Sonuncu şəkillərdən biri...

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfir: “Koçaryan-Sarkisyan cütlüyü küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52 Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI 28 Yanvar 2021, 12:46 Navalnının mitinqində məşhurlaşan oğlan TUTULDU 28 Yanvar 2021, 12:46 Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşdü - FOTO 28 Yanvar 2021, 12:42 Naftalanda aztəminatlı ailələrə yardım paylanılıb 28 Yanvar 2021, 12:37 Ermənistan Minsk Qrupunun regiona səfərini GÖZLƏYİR 28 Yanvar 2021, 12:32 Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var... 28 Yanvar 2021, 12:30 Ombudsman uşaq evində nöqsanlar aşkarladı 28 Yanvar 2021, 12:26 Erməni katolikosu Azərbaycandan Roma Papasına ŞİKAYƏT EDƏCƏK 28 Yanvar 2021, 12:22 Daxili Qoşunların Şuşada şəhid olan baş əsgəri 28 Yanvar 2021, 12:20 Təhsil naziri bu tarixdə vətəndaşların suallarına CAVAB VERƏCƏK 28 Yanvar 2021, 12:19 Mehriban Əliyevanın təşəbbüsü İspaniyada mükafata layiq görülüb 28 Yanvar 2021, 12:15 Azərbaycanda vəhşi heyvan və quşların sayı artıb 28 Yanvar 2021, 12:12 Prezident iki məktəbdəki şəraitlə tanış oldu - FOTO 28 Yanvar 2021, 12:09 Azərbaycandan 202 milyon dollarlıq pomidor ixrac olunub 28 Yanvar 2021, 12:06 Təhsil naziri pakistanlı səfirlə görüşdü - FOTO 28 Yanvar 2021, 12:03 Yusif Abdullayev: “Xarici investorların cəlbi üçün srtategiya hazırlanır”   28 Yanvar 2021, 12:00