Arxiv
12 Avqust 2021, 10:07 | TƏHSİL
Universitetlərin pandemiya sınağı: Hansılar üzüağ çıxdı? - SORĞU

Dünyanı cənginə alan koronavirus pandemiyası təhsil sahəsindən də yan keçmədi. Uzun müddət sərt karantin qaydalarının tətbiqi məktəblərin distant tədrisə keçməsinə gətirib çıxardı. Əyani tədrisin məsafədən təhsillə əvəzlənməsi tələbələrlə bərabər universitetlərin də fəaliyyətində ciddi çətinliklər yaratdı. Bəzi ali təhsil müəssisələri dövrün çağırışlarına uyğunlaşa bilsə də, digərlərində onlayn tədris özünü doğrultmadı…

 

 Azərbaycan universitetləri pandemiya sınağından üzüağ çıxa bildilərmi? Onların fəaliyyəti necə qiymətləndirilir?

 

 Modern.az bu mövzuda təhsildən yazan jurnalistlər arasında sorğu keçirib.

 

 

Azedu saytının baş redaktoru Elmin Nuri hesab edir ki, günün universiteti tətbiq, biznes və tədris üçbucağının əsasında fəaliyyət göstərir:

 

“Çağdaş dünyanın universitet modeli 21-ci əsrin ali təhsil modelindən fərqlənir.

 

21-ci əsr öz tələblərini, inkişaf modelini universitetlər üzərində də əks etdirib. Bu günün universiteti tətbiq, biznes və tədris üçbucağının əsasında fəaliyyət göstərir. Bildiyimiz klassik universitet modeli əsasən hər hansı ixtisas üzrə kadr formalaşması ilə məşğul idisə, çağdaş universiteti tədqiqat qurumu kimi fəaliyyət göstərməkdədir. Dünyanın bir çox universitetləri artıq elmi-tədqiqat funksiyasını həyata keçirir. Bu tədqiqat nəzəri, laboratoriya nüanslarla deyil, öz məhsulunu açıq bazara çıxara bilən quruma çevrilir. Günün universiteti tədrisdən də çox, elmi-təhsil tədris biznesi funksiyasina yerinə yetirəndə daha uğurlu quruma çevrilir. Bu tədqiqat üsulunu Azərbaycanda ilk dəfə Ədalət Muradov UNEC-in timsalında yerinə yetirdi.

 

Beynəlxalq reytinqlərdəki Azərbaycan universitetləri siyahısında birmənalı olaraq UNEC dayanır. Təbii ki, bu da UNEC-in tədqiqatçılıq və özü-özünü maliyyələşdirmə funksiyası hesabına başa gələ bilir.

 

Vilayet Vəliyevin Texniki universitetə gəlişi ilə onlar da bu funksiya ilə işləməyə başlanılıb. Biz bu günə baxanda ADA, UNEC, BANM, Texniki universiteti, ADNSU-nu ilk beşlikdə götürə bilərik. Bu ilk beşlik də yuxarıda sadaladığım komponentlər əsasındadır”.

 

 

 APA informasiya agentliyinin müxbiri Günay Elşadqızı bildirib ki, universitetlərdə nəzərə çarpacaq dəyişikliklər var: 

 

“Bütün universitetlər barədə bir-bir fikir bildirmək istəməzdim. Amma müsbət mənada ən çox dəyişiklik hiss edilən universitetlərdən biri Azərbaycan Texniki Universitetdir. Burada yeni rektor Vilayət Vəliyevin gördüyü işləri təqdir edirəm. Eyni zamanda, mətbuat xidməti Sevinc İsgəndərova da media ilə çox yaxşı işləyir, bütün sualları operativ və dolğun şəkildə cavablayır. ADA Universitetində təhsilin səviyyəsi, eyni zamanda universitetdə yaradılan şərait çox yaxşıdır. Bakı Dövlət Universitetinin mətbuat xidməti Günel xanım, Azərbaycan Pedaqoji Universitetinin mətbuat xidməti Cavid bəy də mətbuatla yaxşı çalışır. Ən problemli universitet Slavyan Universiteti idi, orada rektor dəyişikliyinin müsbət təsiri olacağına ümid edirəm. Azərbaycan İlahiyyat İnstitutu da tələbələr üçün yaxşı şərait yaradıb, mətbuatla yaxşı işləyirlər. Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universitetinin də fəaliyyətini yaxşı hesab edirəm”.

 

 

Report informasiya agentliyinin müxbiri Samirə Abdullayevanın fikrincə, pandemiya ilə əlaqədar universitetlərdəki dəyişikliyi müşahidə etmək çətinləşib:

 

“Son iki ildə demək olar pandemiya ilə əlaqəli universitetlərdə daha çox onlayn formada tədrisə keçdiyindən tam şəkildə dəyişiklikləri müşahidə etmək çətinləşib. Ümumilikdə, əməkdaşlıq edib izlədiyimiz universitetlər arasında bir neçəsi var ki, təhsil səviyyəsi qənaətbəxşdir. Azərbaycan Texniki Universiteti, ADNSU, UFAZ və UNEC-in fəaliyyəti yaxşıdır”.

 

 

AzVision xəbər portalının müxbiri Aytən Bağırzadə isə bir çox universitetin Sovet dönəmindən fəaliyyət göstərdiyi üçün yeni çağın tələblərinə cavab vermədiyini qeyd edib:

  

“Bu gün ölkədə ADA, Bakı Ali Neft Məktəbi, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, UFAZ, Qərb Universiteti öndə olan ali təhsil müəssisələrindədir. Bunu tələbələrin seçimində də müşahidə etmək olur. Ən yüksək bal toplayan abituriyentlər əsasən bu ali təhsil ocaqlarında təhsil almaq istəyirlər. UNEC, ADNSU-nun son illərdə apardığı islahatlar nəticəsində reytinqi qalxıb. Bunlardan əlavə, BDU və  ADU da seçilən universitetlərdəndir.

 

Ölkəmizdə mövcud olan dövlət ali təhsil müəssisələrinin bir çoxu sovet dönəmindən fəaliyyət göstərdiyi üçün müasir dövrün tələblərinə tam cavab vermir, yeniliklər edilmir və ya yeniliklər o qədər azdır ki, hiss olunmur. 

 

Universitetlərdə təhsillə yanaşı, praktika aşağı səviyyədədir. Təəssüf ki, bir çox ali təhsil müəssisələrinin hazırladığı kadrlar əmək bazarının tələblərinə cavab vermir, nəticədə ali təhsilli işsiz ordusu yaranır”.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polisə tabe olmayan sürücüyə HƏBS 21 Oktyabr 2021, 19:51 Elnur Əşrəfoğlu “Qarabağ”ın oyunundan əvvəl anıldı 21 Oktyabr 2021, 19:50 Zəngəzur dəhlizi Zəngilanın əhəmiyyətini daha da artıracaq 21 Oktyabr 2021, 19:41 "Qarabağ" və "Kayrat"ın start heyətləri  21 Oktyabr 2021, 19:26 Zaxarova “3+3”dən danışdı: “Tezliklə tətbiqinin tərəfdarıyıq” 21 Oktyabr 2021, 19:20 Əli İnsanovun da partiyası qeydiyyata alındı 21 Oktyabr 2021, 19:15 Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02