Arxiv
23 Avqust 2021, 13:12 | AKTUAL
Şuşa haqqında film beynəlxalq festivalın finalında

Əslən Şuşadan olan jurnalist, REAL TV-nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının müəllifi olduğu və onun real həyat hekayəsi əsasında çəkilən bədii sənədli film Türkiyədə keçirilən beynəlxalq festivalda final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, "28” adlandırılan filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin qurbanı olan qızın evindən, məktəbindən, vətənindən, dostlarından ayrı düşməsi, uzun illərin həsrətindən - 28 ildən sonra Şusa azad olunduqdan sonra doğma şəhərinə, öz uşaqlığına qovuşması əks olunub.

 

Film beynəlxalq festivallara göndərilmək üçün nəzərdə tutulub.

 

“Əsas məqsəd beynəlxalq ictimaiyyətə birinci Qarabag müharibəsi zamanı Azərbaycan xalqının və xüsusən də müharibə uşaqlarının yaşadığı travmaları göstərməkdir. Müharibənin bir insanın həyatında nə qədər dərin izlər buraxdığını anlatmaq, Qarabağın işgalının bir qızcığazın timsalında nə qədər insana zərbə vurduğunu, neçə-neçə həyatların, arzuların, uşaqlığın yarım qaldıgını çatdırmaqdır. Bundan başqa, erməni vandalları tərəfindən bu illər ərzində Şuşanın necə viran qoyulduğunu, mədəni irsimizin, abidələrimizin tarimar edildiyini festivalların köməyi ilə daha geniş auditoriyaya göstərə bilmək filmin əsas amalidir. “28” filmi artıq ilk festivala göndərilib”, - deyə jurnalist bildirib.

 

Şuşa həsrəti ilə bağlı çəkilən filmin rejissoru Nazim Şərbətov, ssenaristi Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Filmdə əsas qəhrəmanlar Xatirə Sərdarqızı və onun uşaqlığını canlandıran Nuray Məmmədzadədir. Film Türkiyədə Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçiriləcək Diaspora Beynəlxalq Qısametrajlı Film Festivalında 120 ölkədən 3123 film arasından seçilərək finala çıxıb.

 

Festival 27-29 avqustda İstanbulda keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlər üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə etdilər 8 Dekabr 2021, 12:54 20 min şəhid ailəsinə ödənişlər edilib - Sahil Babayev 8 Dekabr 2021, 12:48 Daha bir ölkə Pekin-2022-ni boykot elan etdi 8 Dekabr 2021, 12:45 “YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB 8 Dekabr 2021, 12:42 “ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Seyran Ohanyanın əmlakına həbs qoyuldu 8 Dekabr 2021, 12:33 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33 Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini 8 Dekabr 2021, 11:30 Vahid Əhmədovla Pro Söhbət - Elçibəy hakimiyyətdən gedəcəyini bilirdi   8 Dekabr 2021, 11:30 Payızlıq əkinlərin bəyanı davam edir - FOTOLAR 8 Dekabr 2021, 11:27 İnkişaf istəyiriksə, dəyişikliyə getməliyik 8 Dekabr 2021, 11:24 Bizim şikayətimizə Avropa Məhkəməsində baxılacaq - Elnur Məmmədov 8 Dekabr 2021, 11:20 2024-cü ildə Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq 8 Dekabr 2021, 11:14 Qadınlarla kişilərin əmək haqqında fərq var - NAZİR 8 Dekabr 2021, 11:09 Diasporumuzu yaşadan Azərbaycan dili məktəbləri... 8 Dekabr 2021, 11:06 Xarici işlər nazirinin müavini brifinq keçirir - CANLI 8 Dekabr 2021, 11:03 Döyüş sınağı ləyaqət və mətinlik İMTAHANIDIR 8 Dekabr 2021, 11:00 Nazir idmançılara ev və “Mercedes S-Class” verəcək - Foto 8 Dekabr 2021, 10:55 Spikerin sözündən qəzəblənən ermənilər dövlət binasını mühasirəyə aldı 8 Dekabr 2021, 10:50 Bu il 230 min şəxs işlə təmin edilib 8 Dekabr 2021, 10:46
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?