Modern.az

Məleykə Abbaszadə: “Keçid balları aşağı düşə bilər”

Məleykə Abbaszadə: “Keçid balları aşağı düşə bilər”

24 Avqust 2021, 15:41

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri M.Abbaszadə qurumun Facebook səhifəsi vasitəsilə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verib və onların suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, Məleykə Abbaszadə abituriyentlərin göstəricilərinə uyğun müsabiqə  ballarının azala biləcəyini söyləyib:

“Bu il imtahan nəticələrinə görə, I qrupda ötən illə müqayisədə 600 baldan yuxarı nəticə göstərən daha çoxdur. Bu o deməkdir ki, reytinqli ixtisaslarda gərgin vəziyyət yarana bilər. Müqayisə etdikdə görürük ki, 500 baldan yuxarı nəticə göstərənlər keçən illə müqayisədə 9 nəfər azalıb. Builki imtahanların nəticələrinə əsasən, 200 baldan yuxarı bal toplayanlar 75 nəfər azalıb, 150 baldan yuxarı nəticə göstərənlər artıb.Bütün bunları nəzərə aldıqda, I qrupda müəyyən ixtisaslarda keçid balı bir az da düşə bilər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir