Modern.az

II və III qrup üzrə bu universitetlərdə plan yerləri AZALDILDI

II və III qrup üzrə bu universitetlərdə plan yerləri AZALDILDI

26 Avqust 2021, 08:51

2021-2022-ci tədris ili üzrə qəbul planına əsasən II və III ixtisas qruplarında dövlət sifarişli yerlərin sayı artırılıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 2020-ci il qəbul planı ilə müqayisədə 2.79 faiz çoxdur. III ixtisas qrupu üzrə isə dövlət sifarişli plan yerlərinin artımı 2.28 faiz təşkil edir.

 

2021-2022-ci tədris ilində Azərbaycan ali məktəblərində II ixtisas qrupu üzrə 4230, üçüncü ixtisas qrupu üzrə isə 4353 dövlət sifarişli yer ayrılıb.

 

II ixtisas qrupu üzrə 2020-ci il qəbul planı ilə müqayisədə ən çox Mingəçevir Dövlət Universitetində dövlət sifarişli ixtisaslar artırılıb. Belə ki, 2020-ci ildə universitetdə tələbələr üçün 335 dövlət sifarişli yer ayrılmışdısa, 2021-ci ildə bu rəqəm 465-ə çatdırılıb.

 

Azərbaycan Kooperasiya Universiteti II qrup üzrə ən çox plan yeri azalan ali təhsil ocağıdır. Kooperasiya universitetində 2020-ci ildə 730 dövlət sifarişli plan yeri ayrılmışdısa, 2021-ci ildə bu göstərici 130 yer azaldılaraq 600-ə endirilib.

 

III ixtisas qrupuna gəldikdə isə bu qrup üzrə 2020-ci ildə 4256 dövlət sifarişli plan yeri ayrılıb. 2021-ci ildə bu göstərici 4353-ə çatdırılıb. III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artımına görə, ilk sırada Azərbaycan Dövlət Pedaqoji Universiteti qərarlaşıb. 2020-ci ildə 1910 dövlət sifarişli plan yeri olan universitetin 2021-ci ildə göstəricisi 155 yer artırılaraq 2065-ə çatdırılıb.

 

Dövlət sifarişli plan yerləri böyük fərqlə azalan digər təhsil müəssisəsi Bakı Slavyan Universitetidir. 2020-ci ildə 990 dövlət sifarişli plan yeri olan BSU-nun cari ildə 40 plan yeri azalaraq, 950-ə salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir