Modern.az

İtaliya səfiri: “Azərbaycanla neftdən önəmli əməkdaşlıq sahəmiz var”

İtaliya səfiri: “Azərbaycanla neftdən önəmli əməkdaşlıq sahəmiz var”

31 Oktyabr 2012, 13:39

Modern.az xəbər verir ki, “Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqlı Azərbaycan-İtaliyanın qarşılıqlı əməkdaşlığından danışarkən qeyd edib ki, hələ qədim vaxtlardan Azərbaycan-İtaliya arasında qarşılıqlı münasibətlər olub: “Hətta Qobustan qayaüstü rəsmlərində də bu münasibətlərin olduğu sübut olunur. 1918-1920-ci illərdə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələr inkişaf edib. Hətta 1972-ci ildə Bakı və Neapol şəhərləri qardaşlaşmış şəhərlər elan olunub”.

Səfir onu da qeyd edib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İtaliyadır. O bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 29%-i İtaliyanın payına düşür. Bu gün İtaliyaya neft ixrac edən ölkələr sırasında Azərbaycan 4-cü yerdədir.

İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi çıxışında deyib ki, İtaliya-Azərbaycan əməkdaşlığı təkcə enerji, neft sahəsində əməkdaşlıq deyil, bu insan enerjisidir, insan ehtiyatıdır: “Bu, neftdən də daha önəmli bir enerjidir. Biz Azərbaycanı gəzərkən özümüzü başqa bir yerdə deyil, sanki İtaliyanın özündə hiss etdik. Buradakı insanların yaşayış, qavrayış tərzi italyan xalqına çox yaxındır”.  

Şahanə Rəhimli
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır