Modern.az

Gorus-Qafan yolu AÇILDI

Gorus-Qafan yolu AÇILDI

27 Avqust 2021, 20:46

Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolu açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Sünikin (Zəngəzur) qubernator müavini Narek Babayan “Facebook” səhifəsində yazıb.

 

Erməni KİV-ləri yazır ki, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verib.

 

Ermənistan tərəfinin iddiasına görə, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar. Bu, Qafan-Gorus yolunda azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra baş verib.

  

Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

 

Həmçinin qeyd olunub ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir