Modern.az

Emin Əmrullayevdən yeni TƏYİNAT

Emin Əmrullayevdən yeni TƏYİNAT

6 Sentyabr 2021, 15:57

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.  

 

Modern.az xəbər verir ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində  2018-2019-cu illərdə isə  Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.

 

2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində mextəlif vəzifələrdə çalışıb.

 

Qeyd olunan məlumat TKTA tərəfindən təqsdiqlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır