Modern.az

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

16 Sentyabr 2021, 09:06

Əməkdar artist Çiçək Rzayeva vəfat edib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub.

 

Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi. 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdü.

 

Allah rəhmət eləsin!

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...