Modern.az

Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi

Əməkdar jurnalist xəstəxanaya yerləşdirildi

Media

16 Sentyabr 2021, 12:09

"Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova ağır vəziyyətdə Gəncədəki Modul tipli xəstəxanaya yerləşdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər. Jurnalistin koronavirusa yoluxduğu qeyd edilir.

Şəmsiyyə Kərimovanın qardaşı 7 gün əvvəl xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

Jurnalist yeganə övladını da çoxdan itirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...