Arxiv
17 Sentyabr 2021, 16:16 |
YAP ilk ərazi təşkilatına yeni sədr seçildi - FOTOLAR

ADU YAP ilk ərazi təşkilatının iclası keçirilib.

 

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda çıxış edən ADU YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov bildirib ki, YAP-ın daha çevik qüvvə kimi fəaliyyət göstərməsi üçün özək təşkilatların aktiv fəaliyyəti vacibdir. Başqa işə keçməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Dillər Universiteti üzrə özək təşkilatının sədri vəzifəsin istefa verdiyini deyən Sərraf Hüseynov fəaliyyətə başladığı 2017-ci ildən bu günə qədər ADU-da 800-dən artıq şəxsin partiya sıralarına qəbul üzv olunduğunu nəzərə çatdırıb:

 

“ADU-nun partiya üzvü olan əməkdaşları Nəsimi rayonunun və bütünlüklə ölkəmizin ictimai siyasi həyatında, ölkəmizdə keçirilən seçkilərdə çox aktiv iştirak edib və üzərinə düşən vəzifələri ən yüksək səviyyədə yerinə yetirib. ADU YAP ilk partiya təşkilatı rayon rəhbərliyi tərəfindən, həmçinin YAP-ın Nəsimi rayon təşkilatı tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülüb. ADU-nun rektoru, akademik Kamal Abdullanın partiyanın işinə göstərdiyi xüsusi diqqət nəticəsində biz bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmışıq. Universitetin kollektivinə təşəkkür edirəm ki, bu işdə bizə yaxından dəstək göstərib”.

 

ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının oynadığı mühüm roldan danışıb. Rektor bildirib ki, YAP-ın üzvü olmaq şərəfli iş, ləyaqətli missiyadır: “Həyatın və cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi yeni hədəflər bizi yeniliklərə getməyə sövq edir. Bu yeniliklər həm partiyanın strukturuna, həm nizamnaməsinə, həm də mahiyyətinə uyğun şəkildə qurulub. Bizim ən ümdə vəzifəmiz universitetimizin potensialı böyük olan əməkdaşlarını partiya ətrafına cəlb etməkdən ibarət olacaq. Bu, mənim üçün əsas iş amili, əsas iş göstərcisi sayılacaq. Həmfikirlərimizlə bir yerdə olmağı, onlarla eyni amal uğrundan mübarizə aparmağı bacarmalıyıq”.

 

Rektor 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin hərbi cəbhə ilə yanaşı informasiya cəbhəsində də apardığı böyük mübarizəni xatırladıb: “Biz şahidi olduq ki, cənab Prezidentimiz Azərbaycan həqiqətlərini necə dilə gətirir, Azərbaycanın mənafeyini necə qoruyur. Bu bizim hamımız üçün bir örnəkdir. Bütün bunları universitetimizdə öz əməlimizlə göstərməliyik”.

 

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, YAP ilk ərazi təşkilatının fəaliyyəti haqqında danışıb, onun işini yüksək qiymətləndirib və öz tövsiyyələrini verib. Azər Süleymanov bildirib ki, ADU kollektivi YAP-ın ərazi üzrə işlərinə hər zaman yaxından dəstək olub: “Əminəm ki, bundan sonra da sizinlə əl-ələ verib möhtərəm cənab Prezidentimizin bütün tapşırıq və tövsiyələrini böyük ləyaqət və dəyanətlə yerinə yetirəcəyik”.

 

Sonra səsləndirilən təkliflərə əsasən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdir əvəzi, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayevin, müavin vəzifəsinə isə ADU rektorunun maliyyə və texniki təchizat üzrə müşaviri Nüşabə Tanrıverdiyevanın namizədliyini irəli sürüb. Səsvermə üzrə hər iki şəxs qeyd olunan vəzifələrə seçiliblər.

 

ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşdi- FOTOLAR ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşdi- FOTOLAR ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşdi- FOTOLAR ADU YAP ilk ərazi təşkilatının yeni sədri müəyyənləşdi- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvadan dəhliz açıqlaması: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26