Modern.az

Parlamentdə Qarabağa Qayıdışla bağlı Komissiya yaradılacaq

Parlamentdə Qarabağa Qayıdışla bağlı Komissiya yaradılacaq

20 Sentyabr 2021, 16:55

Milli Məclisdə Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq.

 

Modern.az-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

 

Qeyd edilib ki, sessiya müddətində Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu