Modern.az

“Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir

“Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir

Dünya

21 Sentyabr 2021, 00:23

ABŞ-da yerləşən “Pfizer” şirkəti və onun alman ortağı olan “BioNTech” hazırladıqları yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin 5-11 yaş arası uşaqlarda güclü qorunma təmin etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, şirkətlərin birgə açıqlamasında bu yaş qrupunda peyvəndin təhlükəsiz olduğu bildirilib.

 

Şirkətlər bu yaş qrupundakı uşaqlarda peyvəndin tam təsdiqlənməsi üçün ən qısa zamanda səlahiyyətli orqanlara müraciət edəcəklərini qeyd ediblər.

 

Vurulacaq peyvəndin miqdarı 12 və daha yuxarı yaş qrupundakı insanlara vurulandan az olacaq.

 

Qeyd edək ki, “Pfizer” və “Moderna” peyvəndləri artıq bir çox ölkədə 12 yaşdan yuxarı insanlara tətbiq edilir.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür