Modern.az

Qələbəmizin memarı

Qələbəmizin memarı

Aktual

27 Sentyabr 2021, 09:50

Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar gündür. Bu gün 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulub. Bu gün 44 günlük Vətən müharibəsinin ildönümüdür. Bütün şəhidlərimizi ehtiramla anırıq.

 

Təbii ki,müharibədə qələbənin qazanılmasının başlıca səbəbləri güclü dövlət, iqtisadiyyat, qüdrətli ordu, xalq və hakimiyyət birliyi, yüksək milli-mənəvi ruh və başqaları oldu. Millət olaraq düşmənə qarşı  dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında sıx birləşdik. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Bu gün qürurla söyləyirik ki,Azərbaycan və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.

 

Azərbaycan, region və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin qazanılması ilə hər şeydən əvvəl, Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurası  müvafiq qətnamələri yerinə yetirmədi. Azərbaycan   təkbaşına bu işi yerinə yetirdi.

 

Tarixə qısa nəzər salmaq istərdim. Biz   tarix boyunca  erməni vəhşiliyi iləüz-üzə qalmışıq.  1905-1907-ci və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı xüsusi qəddarlıqla qətlə yetiriblər, 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə 250 min azərbaycanlını Ermənistandakı dədə-baba torpaqlarımızdan deportasiya ediblər. Ancaq  içimizdəki humanizm və insanlığın nəticəsi olaraq yeni gələn nəsillərə erməniyə qarşı nifrət hissini aşılamamışıq . Çünki humanistlik,  mərhəmət insanlığa dəyər vermək  azərbaycanlının, türkün qanındadır. Mərhəmət güclü və ədaləti uca tutan xalqlara, cəmiyyətlərə, insanlara xas olan keyfiyyətdir, unutqanlıq isə əsla. Tarixi torpaqlarımızda ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırımı hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Prezident Fərmanı ilə verildi və 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan olundu.

 

Azərbaycan  30  ilə yaxın erməni qəsbkarlığına qarşı səbrlə mübarizə apardı.Hər birimiz bilirdik ki, səbr də bir yerə qədərdir. 2020-ci ilin 27 sentyabrında hər şey dəyişdi. 44 günlük Vətən müharibəsində qələbə qazandıq.

 

Bu gün milli qürurumuzun xilası naminə haqq savaşına çıxmağa məcbur edildiyimiz tarixin bir ili tamam olur.  Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə həmin gün-sentyabrın 27-si ölkəmizdə Anım Günü elan olunub. Prezidentimizin bu Sərəncamı gələcək nəsillərə çatdıracaq ki, son iki əsrdə Azərbaycan məhz 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfər çalıb və bu Zəfər, onu əldə edənlər, Qələbəyə imza atanların xidmətləri heç vaxt unudulmamalıdır. Sərəncamda belə bir cümlə də var: “Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirilib”

 

Qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu.

 

Müharibə günlərində hərbi əməliyyatların aparılmasında,amansız diplomatik-siyasi mübarizə və informasiya savaşındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsiyyəti, qətiyyətli siyasi iradəsi, yüksək dövlət idarəçilik, böyük sərkərdəlik məharəti, üstün diplomatiyası müstəsna rol oynadı. Həm müharibəyə qədər, həm də onun gedişində uğurlahəyata keçirilənxarici siyasət, yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait öz təsirini göstərdi. Hərbi əməliyyatların gedişində Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycan Respublikasının  beynəlxalq hüquq normalarına uyğun olan haqq işini müdafiə etdilər, torpaqlarının işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasına tərəfdar çıxdılar.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti  bir neçə dəfə Bakıya səfər edərək Azərbaycanın haqq işinin diplomatik-siyasi və mənəvi baxımdan müdafiə edildiyini birmənalı olaraq bəyan etdi.TBMM sədri Mustafa Şentop başda olmaqla nümayəndə heyətinin Bakıya səfəri bu baxımdan əhəmiyyətli oldu. Belə bir mövqe Türkiyə dövlətinin və türk millətinin təkcə qardaşlıq hisslərindən deyil, eyni zamanda beynəlxalq hüquq normalarına dərin hörmətindən irəli gəlirdi. Bununla Türkiyə işğalçı ölkəni müdafiə edən dövlətlərə də dərs verdi.

 

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da istər müharibə müddətində,istərsə də müharibədən sonrakı vaxtda hər zaman şəhid və qazi ailələrinin yanında oldu. Qazilərimizin və şəhid ailələrinin problemlərini həll etdi. Bir Azərbaycan xanımı, bir ana olaraq hər zaman dəstəyini ifadə etdi. Biz bu gün də bu dəstəyi hiss edirik.

 

27 sentyabr bizim qürur tariximizdir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin. Şəhidlərimizin ruhu və gələcək nəsillər qarşısında müqəddəs borcumuz ondan ibarətdir ki, xalqımızın birliyini təcəssüm etdirən həmin yumruq Ermənistanı həmişə səksəkədə saxlasın və onu sərsəm xülyalardan, təxribatlardan çəkindirsin. Allah qürurlu və qalib Xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, qəhrəman Ordumuzu, bütöv Türk dünyasını və Azərbaycana sayğı ilə yanaşanları hər zaman qorusun!.

 

Tahir Süleymanov

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!