Arxiv
12 Oktyabr 2021, 14:32 | DİASPOR
Odessada güləşçilə görüş - FOTO

Ukraynanın Odessa vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Birlik” təşkilatının təşəbbüsü ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə gümüş medal qazanmış Azərbaycan əsilli ukraynalı güləşçi Pərviz Nəsibovla görüş keçirilib.

 

Modern.az xəbər verir ki, Odessa şəhərindəki “Azərbaycan Evi”ndə baş tutan görüşdə vilayətin Yunan-Roma Güləş Federasiyasının prezidenti Ruslan Almanov, Boks Federasiyasının birinci vitse-prezidenti Cavid İsmayılov, Ukrayna Azərbaycanlı Gənclər Radasının (UAGR) sədri Vaqif Nağıyev, UAGR-in Odessa vilayəti üzrə sədri Şamxal Quliyev, iş adamları və diaspor üzvləri iştirak ediblər. 

 

Tədbirdə “Birlik” diaspor təşkilatının icraçı direktoru Tərlan Əliyev və digərləri çıxış edərək, azərbaycanlı gəncin Ukraynanı Olimpiya Oyunlarında uğurla təmsil etməsindən qürur duyduqlarını, onunla “Azərbaycan Evi”ndə görüşməkdən məmnun olduqlarını bildiriblər və soydaşımıza idman karyerasında uğurlar arzulayıblar. Nailiyyətə aparan yol və gələcək planları barədə danışan P.Nəsibov növbəti Olimpiya Oyunlarında həmyerlilərimizin görüşünə qızıl medalla gələcəyinə söz verib. 

 

Sonra idmançının Olimpiya Oyunlarında iştirakına və qələbəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir pəhləvan soydaşımıza xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45 "Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi 28 Noyabr 2021, 19:25 Ərdoğan Zəngəzur dəhlizindən DANIŞDI 28 Noyabr 2021, 19:11 Tehranın hədəfi 28 Noyabr 2021, 18:45 Rusiyadan "Omicron"la bağlı təkzib - YENİLƏNİB 28 Noyabr 2021, 18:39 Peru silkələndi 28 Noyabr 2021, 18:32 "Zirə" qalib gəldi 28 Noyabr 2021, 18:18 Hökumətlərarası komissiyanın iclası keçiriləcək 28 Noyabr 2021, 18:02 Poroşenko: "Belarus tələ qurub" 28 Noyabr 2021, 17:58 Finalçı gimnastlar müəyyənləşdi 28 Noyabr 2021, 17:50 Ərdoğan Azərbaycanın qələbəsindən söz açdı 28 Noyabr 2021, 17:42 Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı 28 Noyabr 2021, 17:17 Ərdoğan və Rəisi Azərbaycanı MÜZAKİRƏ ETDİ 28 Noyabr 2021, 17:12 Kuçava Rusiyanı işğalçı adlandırıldı 28 Noyabr 2021, 16:58 Pakistan prezidenti İlham Əliyevi təbrik etdi 28 Noyabr 2021, 16:49 III doza vaksin VURDURANLAR 28 Noyabr 2021, 16:40 Son sutkada yoluxanlar - 18 ÖLÜM 28 Noyabr 2021, 16:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?