Modern.az

Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib - Jurnalistin SON DURUMU

Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib - Jurnalistin SON DURUMU

Media

14 Oktyabr 2021, 14:38

Tanınmış jurnalist Elnur Əşrəfoğlu kritik dönəmi geridə qoyub. Bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

 

İ.Şükürova deyib ki, intensiv terapeya müddətində həyat yoldaşını daim yatırdıblır:

 

“ECMO-dan sonrakı iki sutka ən kritik günlər idi. Onu geridə qoyduq. Amma qanaxmaları tam dayanmır ki, bədəni toparlansın. Burun-boğaz, mədə-bağırsaqda qanaxmalar azalsa da, tam dayanmayıb. Həkimlər əlindən gələni edir. Əlimizdən gələn sadəcə dua etməkdir”.

 

Xanımı xəstəxana şəraitində Elnur Əşrəfoğlunu qısamüddətli də olsa, görə bildiyini deyib.

 

Qardaşı Rəşad Şükürov da saytımıza açıqlamasında Elnur Əşrəfoğlu ilə bağlı həkimlərin əlindən gələni etdiklərini deyib:

 

“Bir dəfə qardaşımı görə bilmişəm. Ümumi vəziyyəti ağır, stabil olaraq qalır”.

 

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır