Modern.az

ABŞ və Yunanıstan müdafiə sazişini yenilədilər

ABŞ və Yunanıstan müdafiə sazişini yenilədilər

15 Oktyabr 2021, 00:57

ABŞ və Yunanıstan arasındakı Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişinin yenilənməsi barədə müqavilə imzlanıb.

 

Modern.az xəbər verir ki, müqaviləni ABŞ dövlət katibi Entoni Blinken və Yunanıstanın xarici işlər naziri Nikos Dendias imzalayıb.

 

İmzalanma mərasimindən sonra Blinken və Dendias birgə mətbuat konfransı təşkil edib.

 

Blinken görüş zamanı siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, iqlim, terrorla mübarizə və humanitar yardım kimi mövzuların müzakirə edildiyini bildirib.

 

Dendias iki ölkə arasındakı dialoqun misli görünməmiş səviyyəyə çatdığını qeyd edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir