Livanın paytaxtı Beyrut şəhərinin Et-Tayyuna bölgəsində baş verən hadisələrlə əlaqədar ilkin araşdırmalar aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Livanın NNA adlı rəsmi agentliyi məlumat yayıb.
İlkin istintaq zamanı ərazidəki kameralardan silahlı şəxslərin şəxsiyyəti müəyyən edilib.
İstintaq çərçivəsində hadisələrə qarışdığı təsbit edilən 19 nəfər saxlanılıb.
Qeyd edək ki, Beyrutda baş verən toqquşmalar zamanı 7 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Akif İsmayılov