Modern.az

Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR

Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR

17 Oktyabr 2021, 00:00

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

 

Modern.az xatırladır ki, sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Ordumuz əks-hücum əməliyyatına başlayıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılıb, ordumuz cəbhə boyu irəliləməyə başlayıb.

 

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib.

 

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirib. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.

 

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi