Arxiv
17 Oktyabr 2021, 11:15 | AKTUAL
Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq. Belə igid Vətən oğullarından biri də xüsusi təyinatlı kəşfiyyatçı şəhid gizir Xalid Qasımovdur. Şəhidin anım mərasimində Sərhəd Qoşunlarının hərbçiləri və döyüş yoldaşları da iştirak edib.

 

Modern.az xəbər verir ki, Xalid Qasımov Cəlilabadın Moranlı kəndində dünyaya göz açıb. Valideynləri deyirlər ki, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Xalid sərhədçi olacağına qərar vermişdi. 2017-ci ildə gizirlik kurslarından müvəffəqiyyətlə keçərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlayıb. Vətən müharibəsində Sərhəd Qoşunlarının xüsusi təyinatlı kəşfiyyatçı snayperi kimi könüllü döyüşlərə qatılıb. Müharibəyə gedərkən iki qız övladını Allaha əmanət edən Xalidin həyat yoldaşından ilk və son xahişi bu olur: “Döyüşlərdə olduğumu anam-atam bilməsin”.

 

Şəhidin anası Gülnarə Qasımova deyir ki, Xalid həmişə telefonla danışanda kursda olduğunu bildirərmiş: “Mənimlə danışanda deyirdi ki, ana kursdayam. Məndən ötrü nigaran qalma. Oktyabrın 11-i böyük qızının ad günü idi. Günorta zəng edib, ailəsi ilə, qızı ilə danışdı, onu təbrik elədi. Sonra mənə dedi ki, uşaqların heç birinin ad günündə evdə ola bilməmişəm. Dedim ki, oğul müharibə bitsin, inşallah bir yerdə qeyd edərsiniz. Həmin danışıq sonuncu oldu. İki gün sonra səhər atasına zəng gəldi. Dedilər, oğlun Vətən uğrunda şəhid olub”.

 

Müharibənin ilk günlərindən Cəbrayıl və Füzuli istiqamətlərində düşmən qüvvələrinə ağır itkilər yaşadan Xalid ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhidin atası Rafiq Qasımov: “Oğlum qəhrəmancasına döyüşüb, işğalçı erməniləri məhv edib. Yaxşı snayperçi idi. Döyüş yoldaşlarının sözlərinə görə, Cəbrayıl istiqamətindəki döyüşlərdə də igidliklə vuruşub. Allah bütün şəhidlərimizi rəhmət eləsin”.

 

Şəhidin qrup komandiri Tural Əkbərov döyüşçü yoldaşından danışarkən bildirib ki, Xalidlə birgə təlimlərdə də iştirak edib. “Müharibə başlayanda biz qruplara ayrıldıq. Sıx əlaqəmiz var idi. Çox peşəkarcasına döyüşürdü. Snayperçi idi. Düşmənə qan uddururdu. Neçə-neçə erməni dığasını məhv etdi. O, yaralı döyüş yoldaşını xilas etmək istəyəndə şəhadətə ucaldı. Biz belə oğullarla qürur duyuruq. Ruhları qarşısında baş əyirəm”, - deyə əlavə edib.

 

Xalidin anım günü dəfn mərasimində olduğu kimi, yenə də izdihamla keçdi. Xidmət etdiyi Sərhəd Qoşunlarının generalından əsgərinədək şəhid Xalidi anmaq üçün hüzuruna gəlmişdilər. Gəldilər desinlər ki, rahat uyu, Xalid, uğrunda canını fəda etdiyin Vətən torpaqları indi azaddır.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?