Modern.az

Əli İnsanovun partiyası qeydiyyata alındı

Əli İnsanovun partiyası qeydiyyata alındı

21 Oktyabr 2021, 19:15

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında məlumat yayıb.

 

O qeyd edib ki, 21 oktyabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə partiya rəsmisinə təqdim edilib.

 

Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyası (AYP) da dövlət qeydiyyatına alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir