"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.
Modern.az xəbər verir ki, 90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib - 2:1.
Komandanın heyətində Abbas Hüseynovun zərbəsi dəqiq alınıb.
***
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.
Modern.az-ın məlumatına görə, 79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.
Komandamızın heyətində Ramil Şeydayev tarazlığı bərpa edib.
***
Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, görüşdəki ilk qolu qonaqlar vurub.
19-cu dəqiqədə Joze Kante fərqlənib
***
20:45
"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.
Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.